Ordubadın da öz qoluzorlusu var – Əmir Məmmədov
23-01-2023, 08:08
Naxçıvan "qolçomaqlar" ordusunun Ordubad “korpusu”na Əmir adlı bir şəxs rəhbərlik edib. Əmir Məmmədov Vasif “xan”ın qardaşı Məhərrəm Talıbovun ortağı imiş. Rayonun iş adamlarına məxsus obyektləri onunla bərabər mənimsəyib.
Maraqlıdır ki, digər həmkarlarından fərqli olaraq, Əmir qurbanlarının əmlakını rəsmi şəkildə ələ keçirmək dərdində olmayıb. Onun mənimsədiyi əmlaklar hələ də rəsmi sənədlərdə əsl sahiblərinə məxsus yer kimi göstərilir. Əmir sadəcə obyektləri söküb yerində öz təsərrüfatını yaradıb.
Ordubad rayonunun Aza kəndinin sakini Pərviz İbrahimov İmran oğlunun təsərrüfatı da Əmir-Məhərrəm cütlüyünün zorla ələ keçirdiyi obyektlərdəndir. Sənədlərdə həmin obyekt ictimai iaşə müəssisəsi kimi göstərilir. Əvvəl bu ərazilərdə çörək sexi, çayxana və s. iş yerləri var idi. Əmir-Məhərrəm cütlüyü bu yeri ələ keçirdikdən sonra həmin yerlər sökülür və ərik bağı salınır. Maraqlıdır ki, sənədlərdə Pərviz İbrahimovun mülkü kimi göstərilən həmin ərazi Ordubad icra hakimiyyətinin xüsusi sərəncamı ilə 2026-cı ilə qədər Əmir Məmmədovun istismarına verilib. Obyektin əsl sahibi isə öz kəndində çörək pulu tapa bilmədiyinə görə İstanbula köçüb.
Təsərrüfatın başçısı Pərviz bəyin oğlu Adəm İbrahimovun ata mülkünün başına gətirilənləri belə şərh edir.