Naxçıvan Səhiyyə Nazirliyində fırıldaq pul yığıma - Baş həkimlərdən “Zəngəzur dəhlizinin təmiri və açılması üçün” pul yığıb
23-01-2023, 08:34
Naxçıvan Səhiyyə Nazirliyi 2021-ci ilin aprel ayında Muxtar Respublikada fəaliyyət göstərən bəzi xəstəxanaların Baş həkimlərindən “Zəngəzur dəhlizinin təmiri və açılması üçün” pul yığıb. Kimdən 50 min, kimindən daha çox. Pulu yığan isə Səhiyyə nazirinin köməkçisi Məhərrəm Talıbov və Nazirliyin maliyyə sektorunun müdiri Asəf Musayev olub. Tələb olunan pulu verməyən Baş həkimlərdən biri işdən çıxarılıb. Belə məlum olur ki, nazir Niyazi Novruzovun çetesi Naxçıvan həkimlərini rəsmən axmaq yerinə qoyurmuş. Mövcud olmayan dəhlizi necə təmir edirmişlər? Heydər Oğuz Teref.az