"Cəlil Rüstəmov məni qəbul etdi, dinlədi və sonra hədə-qorxu gəldi"

9-03-2023, 11:38           
"Cəlil Rüstəmov məni qəbul etdi, dinlədi və sonra hədə-qorxu gəldi"
Naxçıvan Muxtar Respublikası (MR), Culfa şəhər sakini Quliyev Fətəli Nuru oğlu tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu deyən şikayətçi iddia edir ki, rəsmi qurumlar ondan rüşvət tələb edir:

“Mən, Quliyev Fətəli Nuru oğlu, yazaraq sizə bildirirəm ki, Naxçıvan Muxtar Respublikasında kiçik sahibkarlıqla məşğul olurdum. Mebel sexi işlədirdim. 2015-ci ilin dekabr ayında Standartlaşdırma Meterologiya və Patent üzrə Dövlət Komitəsinin isçiləri - Ələkbərov Ramil, Mirzəyev Eldəniz və Kərimli Əkbər mənə aid olan sexə gelib, sertifikat üçün 2200 manat pul tələb etdilər. Mən o pulu verə bilməyəcəyimi bildirdim. Nəticədə onlar qeyri-qanuni akt tərtib edərək, mebel dəzgahlarını möhürlədilər. Mən onlara məhkəməyə müraciət edəcəyimi bildirdim. Dedilər ki, “get kimə istəyirsən şikayət et”.

Bəxtiyar İsmayılovun və aparat müdiri Hüseyn müəllimin qəbulunda oldum. Onlara cənab Prezidentin 1 noyabr 2015-ci il sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqda göstərişini xatırlatdıqda, mənə dedilər ki, o bizə aid deyil, biz istədiyimiz zaman istədiyimiz obyekti yoxlayırıq.

Mən dərhal Naxçıvan Muxtar Respublikasının İnzibat İqtisadi Məhkəməsinə rəsmi qaydada müraciət etdim. Məhkəmənin hakimi Faiq Heydərov prosesi qeyri-qanuni olaraq 1 il uzatdı və yekunda ədalətsiz qərar verdi.

Hakim sanki onların vəkili kimi çıxış edirdi. Məhkəmədə hakimin gözü qarşısında Ədliyyə polisi həyat yoldaşına şillə atdı. Belə dırnaq arası “hüquqşunas”lardan mən necə kömək gözləyim?

Son prosesdə məhkəmə qanunsuz qərar verib, seximi bağladı. Ali Məclisə şikayətə getdim, Cəlil Rüstəmov məni qəbul etdi, dinlədi və sonra hədə-qorxu gəldi. Bunlar mafiyadır, dövlət qulluqçusu deyillər”.

Redaksiyadan: Bu, bir iddiadır, nə qədər doğru və yanlış olduğunu biz deyə bilmərik. Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.