Geofizika və Geologiya idarəsində qohumbazlıq baş alıb gedir...
13-03-2023, 11:38
Geofizika və Geologiya idarəsindən yazdılar. Əgər yazılanlar həqiqəti əks etdirirsə, bu halda Korrupsiya haqqında Qanunun 7-ci maddəsi kobud şəkildə pozulur.
Maddə 7.Yaxın qohumların birgə işləməsinə yol verilməməsi
7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
7.3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.
Salam hörmətli Mirvari xanım !
Sizdən xahiş edirəm Geofizika və geologiya idarəsində gedən özbaşınalıqları araşdırılmasına köməklik göstərəsiniz
Belə ki GGİ də qohumluqa görə İdarə rəisi tərəfindən öz qohum əqrabsı istənilən vəzifəyə keçirilib :
Bacısı oğlu Elvin İsmayılov ekspedisiya rəisi, Orxan İsmayılov bacisi oğlu qravimetria rəisi, öz Qardaşı Mübariz sinaq quyusunun rəisi ,qayni Elvin energetik və mövsümü fəhlələrdən əmisi oğlu Elburus xalası uşqları və.s hegemonluq edirlər yer dəyişmələr isə imtahansız gedir necə istəyirlər elədə edirlər,
Mirvari Qəhrəmanlı
Teref.az