Sertifikasiyadan keçməyən tibb işçisi çalışdıran “Yeni Naftalan Hotel”inin sahibi kimdir? – ŞOK İSİM q
15-03-2023, 10:54
“Yeni Naftalan Hotel Company” 8 min manata kimi cərimələnə bilər.
Qaynarinfo-nun məlumatına görə, müvafiq qurum tərəfindən aparılan yoxlama zamanı “Yeni Naftalan Hotel Company” MMC-də sertifikasiyadan keçməyən işçilərin praktik tibb və əczaçılıq fəaliyyəti olmadan çalışdığı məlum olub.
MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4 maddəsinin pozulmasına görə Naftalan şəhər Məhkəməsinə müraciət edilib. Hakim Ayaz Səlimovun sədrliyi ilə keçiriləcək məhkəmədə fakt təsdiqini taparsa, otel 6 min manatdan 8 min manatadək məbləğdə cərimə ediləcək.
Qeyd edək ki, qanuni təmsilçisi Anar Əhmədiyə oğlu İbrahimov olan “Yeni Naftalan Hotel Company” Azərbaycanda portfelində otellər şəbəkəsinə malik olan “PMD Hospitality” MMC-nin tərkibində fəaliyyət göstərir.
Qlobal.az olaraq qeyd edək ki, “Yeni Naftalan Hotel Company” Məhdud Məsuliyyətli Cəmiyyəti 2007-ci ilin may ayının 18-də dövlət qeydiyyatına alınıb.
“Yeni Naftalan Hotel Company” MMC-nin nizamnamə kapitalı 1.042.000 manat, hüquqi ünvanı isə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 30/42, mənzil 17 ünvanıdır.
Şirkətin qanuni təmsilçisi İbrahimov Anar Əhmədiyə oğludur.
İbrahimov Anar Əhmədiyə oğlu 2022-ci ilin sentyabr ayının 29-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin əmri ilə Fəxri Fərmanla təltif edilib.
“Yeni Naftalan Hotel Company” Azərbaycanda portfelində otellər şəbəkəsinə malik olan “PMD Hospitality” MMC-nin tərkibində fəaliyyət göstərir.