Niyə susursunuz, cənablar…? - Bakının ortasında, ofisində Türkiyəli iş adamı döyülüb, amma dövlət qurumları susur…

17-03-2023, 09:08           
Niyə susursunuz, cənablar…? -
Mustafa Yıldırımın başına gələnlər hər bir əcnəbi vətəndaşın başına gələ bilər…
"Bakı TV.az” İnternet Televiziyası olaraq 10 gün öncə Türkiyə vətəndaşı olan, “Mustafa Yıldırım” şirkətinin sahibi Mustafa Yıldırımın ofisində Azərbaycan vətəndaşı Zaur Hüseynov tərəfindən qəddarcasına döyülməsi, təhqir olunması barədə zərərçəkənin öz dilindən məqalə yazaraq olayı ictimailəşdirmişik və hadisənin videosunu paylaşmışıq.
Bir neçə gün sonra mövzuya yenidən qayıdaraq millətimizə, dövlətimizə başucalığı gətirməyən bu cinayət əməlinin obyektiv araşdırılması üçün dövlətin mühüm hüquq-mühafizə orqanlarına müraciət ünvanlamışıq. Amma hadisədən və bizim müraciətimizdən xeyli vaxt keçsə də, dövlət qurumları tərəfindən heç bir konkret reaksiya yoxdur. Bizim yeganə məqsədimiz dövlətimizin imicini qorumaq, eyni zamanda Qarabağ müharibəsində bizim yanımızda olan türk qardaşımızın yanında olmaqdır.
Təəssüf ki, 10 gün müddətində Mustafa Yıldırımı çağırıb baş verən olayla bağlı maraqlanan olmayıb. Sanki belə də olmalıdır. Sonra da deyirik ki, xarici mediada-filanda barəmizdə yazırlar. Cənablar, yazacaqlar dəə, gözümüzün qabağında Türkiyə vətəndaşını, iş adamını döyürlər, heç bir dövlət qurumu maraqlanmır, adicə bir izahat almağa dəvət etmirlər. Fərz edək ki, döyülən heç Türkiyə vətəndaşı deyil, Kanada, yaxud İsveç vətəndaşıdır. Onda da eyni hal olacaqdı. Yaydığımız video istintaq üçün konkret materialdır.
Biz hələ tərəflərin telefon danışıqlarını əks etdirəm SƏS yazılarını demirik. Bütün bunlara görə, biz bir media olaraq yenidən, 3-cü dəfə bu mövzuya qayıtmalı olduq. Yəqin ki, məsələyə hüquq-mühafizə orqanları tərəfindən ədalətli mövqe olana kimi bu mövzunu davam etdirməli olacağıq. Xatırlatma üçün qeyd edək ki, Bakıda döyülən 55 yaşlı Türkiyəli iş adamı, “Mustafa Yıldırım” şirkətinin rəhbəri Mustafa Yıldırım BakıTV.az İnternet Televiziyasınin rəhbəri Habil Vəliyevə müraciət edərək hüquqi və media dəstəyi istəmişdi:
“Hörmətli Habil müəllim, Sizdən xahiş edirəm ki, mənim Zaur Hüseynov tərəfindən ofisdə döyülməyim, saldırıya məruz qalmağım, təhdid və təhqir olunmağım ictimailəşdirilsin. Xahiş edirəm, sizə təqdim etdiyim video TV-nizdə işıqlandırılsın və hüquq-mühafizə orqanlarına göndərilsin. Mənim bir Türkiyə vətəndaşı olaraq ictimai vəkilim olmağınızı xahiş edirəm”. Biz də bu müraciətdən sonra xəbərin birtərəfli dərc olunmaması üçün, yəni obyektivlik üçün Zaur Hüseynovla telefon əlaqəsi saxlayaraq məsələyə aydınlıq gətirməsini xahiş edəndə, onun cavabı “Yaxşı eləmişəm döymüşəm” oldu.
Bizimlə söhbətində Zaur Hüseynov zorakılığı necə sübut edəcəyimizi soruşanda, əlimizdə video-görüntü olduğunu dedik. Video məsələsindən təlaş keçirən Zaur Hüseynovun dostu, özünü onun vəkili kimi təqdim edən Elnur Abbaszadə redaksiyamıza telefon açaraq, ikilikdə, üçlükdə görüş keçirməyi, məsələni yoluna qoymağı təklif edirdi, hətta bəzi vəkillərin, media mənsublarının ( Pərviz Həşimli, Bəhruz Bayramov ) adını çəkirdi. Tərəfimizdən istədiyi cavabı ala bilməyən, özünü vəkil kimi təqdim edən Elnur Abbaszadə bizi xüsusi ittiham qaydasında məhkəmə iddiası ilə hədələyirdi.
Bütün bunlar azmış kimi, Zaur Hüseynov döydüyü 55 yaşlı türk iş adamına zəng edərək ona hədə-qorxu gəlir, onu görüşə çağırır, onu təhdid edirdi. Bütün proses boyu apardığımız danışıqların SƏS YAZISI fakt kimi əlimizdədir.
Yəni biz bir media olaraq mümkün olanları etməyə hazırıq ki, türk qardaşımızın hüququ və ən əsası dövlətimizin imici qorunsun.
Bizi izləyin. BakıTV.az İnternet Televiziyası












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.