BNA-nın işəyaramaz məlumat MONİTORLARI: - “Milyonlarla vəsaiti havayı yerə xərcləmək...”

17-03-2023, 11:49           
BNA-nın işəyaramaz məlumat MONİTORLARI: -
Demək olar ki, hər avtobus dayanacağında informasiya monitorları var. Həmin monitorlar avtobusların gediş-gəliş vaxtını, neçə dəqiqə ərzində gələcəyini və s. bildirir. Lakin ölkəmizdə onların heç biri işləmir. Təxminən 3-4 il öncə deyildi ki, xarici ölkələrdən yeni monitorlar gələcək. Hətta bunu etmək üçün kifayət qədər də maliyyə ayrılmışdı.

Niyə ölkəmizdə məlumat monitorlarına nəzarət edilmir? Monitorların işləməməsində hansı səbəblər rol oynayır?

TEREF.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, həmin monitorlar keçmiş Nəqliyyat Nazirliyi tərəfindən gətizdirilib:

“Bu manitorlar müasir texnologiya adı altında gətirilsə də, başqa ölkələrdə II və III dərəcəli avadanlıqlar kimi tanınırdı. Bunun da əziyyətini vətəndaşlar çəkir. Çünki monitorlar işləmir və insanlara heç bir xidmət göstərmir. BNA-nın dövründə çalışdılar ki, yenidən təmir edib istifadəyə yararlı hala gətirsinlər. Lakin bu da heç bir işə yaramadı və ara yerdə milyonlarla vəsait havayı yerə xərcləndi. Bu sistemi təkmilləşdirmək üçün hər şeyə 0-dan başlamaq lazımdır. Qeyd etdiyim kimi, bunun üçün də yenə vəsait lazımdır.

O vəsait yığılarkən yeyintiyə, çirkin əməllərə yol verilmədən şəffaf şəkildə çalışsalar, məsələ öz həllini tapacaq”.

BNA-nın rəsmi mövqeyini öyrənməyə çalışsaq da, qurumun mətbuat xidmətindən cavab verilmədi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.