İlham Əliyev nazirlərin mübahisəsinə son qoydu

13-06-2016, 12:53           

Baş nazirin müavini İsmət Abbasov kurasiya etdiyi sahəni dəyişib.

Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, baş nazirin müavini ölkə başçısı Ilham Əliyevlə görüşərək ondan kurasiya etdiyi sahəni dəyişməyi xahiş edib. Ölkə başçısının İsmət Abbasova cavabı müsbət olub. Beləliklə, İsmət Abbasovun kurasiya etdiyi kənd təsərrüfatı sahəsi ekologiya sahəsi ilə əvəzlənib.

Məlumatda deyilir ki, İsmət Abbasovun kəndə təsərrüfatı sahəsindən imtina etməsi səbəbsiz deyil. O, baş nazirin müavini təyin edilməmişdən əvvəl kənd təsərrüfatı naziri olub. Onun yerinə təyin edilən Heydər Əsədov bu sahədə ciddi nöqsanlar aşkarlayıb. Kənd təsərrüfatı naziri olmamışdan əvvəl Hesablama Palatasının sədri vəzifəsində çalışan və peşəkar təftişçi olan Heydər Əsədov bu sahədə yoxlamalarını hələ də davam etdirir. Təbii ki, aşkar edilən qanunsuzluqlar, maxinasiyalar İsmət Abbasovun dövrünə aiddidir. Bu halda əlbəttə ki, İsmət Abbasov bu sahəni kurasiya etməkdən çəkinməlidir. Axı Heydər Əsədova hər hansı irad bumeranq kimi onun özünə qayıda bilər.

Azadliq.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.