Malik Həsənovun “Mediland Hospital”ında şok - BU CƏRRAH ŞÖBƏ "MÜDİRİ" HEPATİT DAŞIYICISIDIR

13-06-2016, 14:42           
Malik Həsənovun “Mediland Hospital”ında şok - BU CƏRRAH ŞÖBƏ "MÜDİRİ" HEPATİT DAŞIYICISIDIR
Ötən yazımızda “Malik Həsənovun “Mediland Hospital”ında nə baş verir? -HEPATİT ŞÖBƏ “MÜDİRİ”, KORRUPSİONER “DİREKTOR” başlığı ilə yazı dərc olunmuşdu. Yazıda qeyd olunurdu ki, Hospitalın millət vəkili, Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənova aid olduğu iddia edilir. Məlumatda deyilir ki, Malik Həsənov klinikadan olduqca narazıdır. Buna səbəb klinikadan daxil olan çoxsaylı şikayətlər və deputatın öz başına gələnlərdir. Belə ki, Malik Həsənov atasını müayinə etdirmək üçün klinikaya gətirib. Lakin burada ona səhf diaqnoz qoyulub və həyatı üçün ciddi təhlükə yaradılıb. Buna baxmayaraq Malik Həsənov yüzlərlə səhf diaqnoz qoyan həkimləri hələ də himayə etməkdədir. Maraqlı məqam ondan ibarətdir ki, insanların həyatı ilə oynayan bu həkimlər həm də qeyri-qanuni “şöbə müdirləri”, “direktorlardı”. Məlumatda qeyd olunur ki, klinika rüşvət poliqonuna çevrilib. Klinikada uzun müddət adı rüşvət cinayətlərində hallanan, 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına baş həkimlik etmiş Telman Novruzov at oynatmaqda davam edir. Belə ki, o nə baş həkim, nə də direktor vəzifəsi daşıyır. Lakin faktiki olaraq klinikanı öz qanunlarına uyğun idarə edir. Məlumat üçün qeyd edək ki, Telman Novruzov zamanında idarə etdiyi 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında, xüsusilə də xəstəxananın doğum şöbəsində özbaşınalıq ifrat həddə çatmışdır.

Otən yazımızda bir “Mediland Hospital”da baş verən dəhşətli olaylarla bağlı anonslar vermişdik. Redaksiyamıza daxil olan müraciətlərdən biri də ““MedilandHospital”-in hepatitdən əziyyət çəkən “şöbə müdiri” kimdir – TƏHLÜKƏ” anonsunun dərci ilə bağlı oldu. Biz də öz növbəmizdə 7News.az redaksiyası olaraq yazını oxucularımızın diqqətinə çatdırır.
Məlumatda qeyd olunur ki, “Mediland Hospital”da 20-yə yaxın şöbə fəaliyyət göstərir. Lakin bu şöbələr hospitalın direktoru, “şefi” kimi təqdim olunan Telman Novruzovun apardığı qanunsuz islahatlar nəticəsində bərbad günə düşüb. Belə ki, şöbələrin əksəriyyəti “saxta” müdirlərdən ibarətdir. Ən qorxulu məqam ondan ibarətdir ki, bu əldəqayırma şöbə müdirlərinin bəziləri heç Azərbaycan vətəndaşı belə deyirlər. Hospitalda fəaliyyət göstərən Urologiya şöbəsinin vəziyyəti isə olduqca acınacaqlıdı. Belə ki, şöbəyə faktiki olaraq Rusiya vətəndaşı “müdirlik” edir. Aidiyyatı qurumların yoxlamaları zamanı Telman Novruzov bu “müdirləri” ciddi cəhdlə gizlədir.
Ən qorxulu məqam ondan ibarətdir ki, Rusiya vətəndaşı olan Əlipaşa Əliyev həm də HEPATİT xəstəliyinin daşıyıcısıdır.
Məlumatda o da qeyd olunur ki, Malik Həsənov bu məsələdən xəbərdar deyil və Telman Novruzov millət vəkilinə tamamilə yalnış məlumatlar verir. Bu həkim artıq onlarla vətəndaşın üzərində ciddi əməliyyatlar həyata keçirib.
7News.az olaraq Dövlət Əmək Müfəttişliyinə, Dövlət Sosial Müdafiə Fonduna və Səhiyyə Nazirliyinə müraciət Hepatitdən əziyyət çəkən və özünü vətəndaşalara şöbə müdiri kimi təqdim edən Rusiya vətəndaşı Əlipaşa Əliyevin cərrahlığının nə dərəcədə düzgün olduğunu aydənlaşdırmağa çalışacağıq?
Növbəti yazımızda isə Malik Həsənovun niyə öz şəxsi nüfuzunu Telman Novruzovun yolunda xərclədiyinə aydınlıq gətirəcəyik
Növbəti yazılarımızın anonsu
Malik Həsənov “Mediland Hospital” vasitəsi ilə milyonları necə silir?
“Mediland Hospital”-ın bir çox həkimləri yoxlama zamanı niyə gizlənir?
Cəlilabad icra başçısının qardaşı həkimləri şantaj edir – ŞOK İDDİA
Telman Novruzov barədə daha bir biabırçı - FOTOFAKT
“MedilandHospital”da müştərilər belə aldadılır – DİQQƏTİ OLUN+FOTOFAKT
“MedilandHospital”da qeyri-qanuni şöbə müdirləri - SİYAHI
7News.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.