Prezidentlərin üçtərəfli görüşünün vaxtı açıqlandı

14-06-2016, 17:30           

Bu ilin avqust ayında İran prezidenti Həsən Ruhani Azərbaycana səfər edəcək.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib. “Ayrı-ayrı mənbələrə istinadən Həsən Ruhaninin Ermənistana səfər edəcəyini söyləyirsiniz, ancaq Azərbaycana planlaşdırılan səfəri barədə danışmırsınız”, – deyə o, Milli Məclisdə İranı tənqid edən deputatlara bildirib.

Xatırladaq ki, Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü planlaşdırılır. İran prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putin bu məqsədlə Bakıya səfər edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru