“Çıraq Palace” restoranında müştərilərə mənşəyi məlum olmayan ət verilir - ŞOK İDDİA (VİDEO)
22-05-2023, 10:04
"Azərbaycan Reallığı"na video - müraciət edən Əliyeva Zeynəb bildirir ki, 7 ildən artıqdır "Çıraq Palaza" restoranında təmizlikçi işləyib amma ona məlum olmayan səbəblərdən restoran rəhbərliyi onun işindən azad edib sözü gedən restoranda təmizlikçi işləyən və sosial durumunun ağır olduğun bildirən şikayətçi qeyd edir ki, işdən çıxmasının əsas səbəblərindən biri də restoranda müştərilərə mənşəyi məlum olmayan qidaların verilməsinə etiraz etməsi olub.
Şadlıq sarayında qonaqlara verilən əsas qidalardan olan ətin mənşəyi məlum deyildi, ət demək olar ət rəngində yox tum ağ rəngdə olurdu Bu gün toy məclisindən qalan yeməkləri soyuduculara yığırdılar səhəri gün yenidən toy edən müştərilərə verirdilər.
Daha sonra Əliyeva Zeynəb bildirir ki, sözü gedənrestoran işçilərində əmək müqaviləsiz işlədir. Şadlıq evinə yoxlama gələndə işçilərin bir çox hissəsini restoranın padvalı olan xüsusi yerdə gizlədirmişlər ki restorana gələn yoxlama nümayəndələri onları görməsin, mən buna etiraz edəndə isə mənə deyirdilər sən get işinlə məşgul ol.
Müştərilərə verilən qidaların bir çoxu toya bir gün qalmış hazırlanırdı, əsasən də "Lülə Kabab". "Sabah toy olacaqsa bu gün saat 9-dan hazırlanıb yığılırdı soyuduculara, müştərilərə göstərəndə müştəri ətin mənşəyin bilmirdi, ətlərdən bişən yeməklərdən restoran rəhbərliyi yemirdi. Onlar özlərinə xüsusi ayrı yeməklər hazırlatdırırdı.
Daha sonra şikayətçi bildirir ki, toyda verilən yeməklərə görə restoran sahibi ilə toy sahibləri arasında dəfələrlə mühabisələr olub, mübahisəyə əsas səbəb qidaların kefiyyətsiz olması olub, kababların içi qanlı salatlar iy verib və.s toydan qalan qidalardanda heç bir işçiyə heçnə vermirdilər, çünki stolda qalanlar yığılıb səhəri günü yenidən toy qonaqlarına verilirdi.
QİDA Təhlükəsizlik Agentliyindən yoxlamalar tez-tez gəlirdi amma heç bir faydası olmur. Gəlib restoran rəhbərliyi ilə görüşürdülər formal qaydada baxış keçirib gedirdilər bütün bunlara restoranda başçlıq edən Nicat adlı şəxs idi, restoranın əsas icarədarı isə Fuad müəllim adlı şəxsdir, oda sözügedən məkanda çox az-az görünürdü.
Gəlib restoranın bəzi yerlərin nəzarət edib qısa müddətdə gedirdi amma restoranın bütün qara işlərini vergidən yoxlamalar gələndə işçiləri gizlətmək və sair işlərə Nicat adlı şəxs başçlıq edirdi.
Qanunların bu cür kobud şəkildə pozulması rəhbərliyin kimə arxalaması mənə məlum deyil, Əliyeva Zeynəb bildirir ki, Şadlıq sarayının bəzi komunan xətləri də əlavə olaraq çəkilib.
Əsasən də gələn su xətti əlavə çəkilib işçilərin hərəsin bir yerdən tapıb gətirib gündəliyə işlədirdilər, onlar da yeməkləri toya gələn qonaqlara verib gedirdi bəzən müştəriləri, xidmətin zəif olmasından şikayətlənirdi "deyə sonda Əliyeva Zeynəb bildirib.
"Azərbaycan Reallığı" məsələ ilə bağlı sözügedən rəstoranla əlaqə saxlayıb. Rəstoranın Arif adlı administratoru bildirir ki, "deyilənlər həqiqətə uyğun deyil, şər-böhtandır. Bütün işlər qanun çərçivəsində görülür, zəruriyyət varsa buyurub restoranımıza gəlib monitoriq apara bilərsiz" deyə "Çraq Palas"ın sözcüsü bildirib
Teref.az sözügedən videoreportajı təqdim edir.