Gəncədə uşaq bağçasına BAZAR YERİ kimi baxırlar... - İTTİHAM VAR!
2-06-2023, 16:13
Azərbaycanda son illər ən çox şikayət olunan qurumlardan biridə azyaşı uşaqların təlim-tədrisi və tərbiyyəsi üçün fəaliyyət göstərən baxçalardır. Rayon icra hakimiyyətlərinin balansından alınaraq Təhsil Nazirliyinin nəzarətinə verilən uşaq baxçalarında vəziyyət heçdə dəyişməyib. Belə ki, bu gün ölkədə fəaliyyət göstərən bir çox dövlət baxçalarında valideyinlərdən hər ay aylıq alınması artıq adi hala çevrilib. Belə baxçalardan biri də Gəncə şəhər 3 saylı uşaq baxçasıdır.
Xalqxəbər.az-a daxil olan şikayətdə bildirilir ki, şəhər 3 saylı uşaq baxçasında müdiri Gülarə Ağayevanın öz "qayda-qanun"ları hökm sürür.
Belə ki, hazırda 3 saylı uşaq baxçasında müdir Gülarə Ağayevə elə bir vəziyyət yaradıb ki, valideynlər özləri könüllü şəkildə aylıq verirlər. Baxçada 9 qrup və 180 uşaq tərbiyyə alsada bu say daha çoxdu. Məlumatda bildirilir ki, 3 saylı uşaq baxçası Gəncədə dövlət baxçasından daha çox özəl baxça kimi işləyir. Yəni bütün aylıq haqqını ver uşağını 3 saylı baxçaya təyin yerləşdir. İddia edilir ki, baxçaya gələn uşaqların seçimini şəxsən müdir Gülarə Ağayevə özü edir. Yəni baxça müdiri daha çox imkanlı valideynlərə yer ayırır. Həmçinin qeyd edilir ki, 3 saylı uşaq baxçasında işləyən 30-a yaxın texniki işçinin bir hissəsi işə gəlmədiyi üçün onların əmək haqqlarını Gülarə Ağayeva özünə götürür. Bundan başqa baxçaya dövlət tərəfindən ayrılan ərzaq məhsullarının bir hissəsinin də baxça rəhbərliyi tərəfindən götürüldüyü qeyd olunur.
Qeyd edək ki, Gülarə Ağayevanın bacısı Samux şəhər Uşaq Musiqi Məktəbi Ülviyyə Nadirovadır. Ölkə mətbuatında Ülviyyə Nadirovanın Samux şəhər Uşaq Musiqi Məktəbinidə "öz qanunları" ilə idarə etməsi ilə bağlı məlumatlar dərc edilib. Həmin məlumatlarda bildirilir ki, Ülviyyə Nadirova yüksək vəzifəli himayədarlarına arxalanaraq vaxtının çox hissəsini Bakı şəhərində keçirir. Həmçinin Ülviyyə Nadirovanın Samux şəhər Uşaq Musiqi Məktəbinin hesabına hər ay külli miqdarda qazanc əldə etdiyi deyilir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //Xalqxəbər.az//