Şəkili HƏCİ Rafiq Lətifovun “Olympus Park” tikinti şirkətində nələr baş verir..? - Rafiq Lətifovun idmançı -qoçu dəstəsi şikayətçilərə hədə-qorxu gəlir…
9-06-2023, 09:16
Rafiq Lətifov FHN-in, məhkəmənin qərarlarını gözünə də almır..
Və nəticədə vətəndaşla dövlət arasında uçurum yaranır…
Bütün müqəddəs kitablarda, sivil ölkələrin Ali Qanunu olan Konstitusiyalarında qeyd olunub ki, ŞƏXSİ MÜLKİYYƏT toxunulmazdır. Mülkiyyət hüququnun toxunulmaz olduğu həm Azərbaycanda əsas qanun olan Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində və eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində təsdiq olunub. Konkret olaraq Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində qeyd olunur: “Vətəndaşın mülkiyyəti toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur”. Amma... Bu məqamda 30-40 il əvvəl gördüyümüz bir mənzərəni yada salmaq istəyirik.
Deməli, qardaş Türkiyədə magistral yol çəkiləndə qoca bir kişi dədə-baba evinin sökülməsinə icazə verməyib və nəticədə yol istiqamətini dəyişməli olub, yəni evi buldozerə verməyiblər, vətəndaşın müəılkiyyət hüququ qorunub. Bizdə isə yazılanlar hamısı kağız üzərində qalır. İstənilən tikinti şirkəti vətəndaşın mülkiyyətini buldozerə verib dağıdır. Vətəndaş bütün dövlət qurumlarına şikayət etsə də heç bir nəticə olmur. Əksinə vətəndaşın özünü döyürlər. Şübhəniz varsa, buyurun... Belə tikinti şirkətlərindən biri də “Olympus Park” tikinti şirkətidir. Şirkətin sahibi Rafiq Lətifovdur.
Təsəvvür edirsiniz, FHN deyir ki, Rafiq Lətifovun şirkətinin tikintiyə icazəsi yoxdur, məhkəmə də bu barədə qərardad çıxarır, amma Rafiq Lətifov FHN-i, məhkəməni vecinə almır. Vətəndaş yazır ki, mənim xüsusi mülkiyyətimdə olan evlər və torpaq sahələri “Olympus Park” şirkəti tərəfindən dağdılır, zəbt edilir.
Vətəndaş yazır ki, Nəsimi rayonu, Abay döngəsində yerləşən dədə-baba yurdum “Olympus Park” şirkəti tərəfindən qanunsuz olaraq sökülüb. Musiqili Komediya Teatrının qrim və rəssamlıq şöbəsinin müdiri olmuş Nərgiz Quliyeva deyir ki, şirkət 275 kvadratmetr sahəsi olan, 1900-cü ildə tikilmiş evimə 80 kv ev təklif edib, bura mənim dədə-baba mülkümdür, əlimdə qanuni “kupçam” var. Şirkət şərtlə razılaşmayan vətəndaşın evini gecə qəsdən uçurdub. Bu hələ harasıdır..?
Rafiq Lətifovun şirkəti hətta Xətai rayonundakı “Lider” idman klubunu da dağıdıb və deyir ki, ekskovatorçu səhv edib. Eyni hallar şirkətin Olumpus Elmlər, Olympus Neftçilər, Olympus 28 May, Olympus Nəsimi, Olympus Səbail, Butik-12, Olympus Xırdalan layihələrində də baş verib. Bir daha təkrar etmək istəyirik ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyi və məhkəmə tikintinin dayandırılmasını tələb edir, amma Rafiq Lətifov öz kefindədir ee...
Bundan əlavə tikinti illərlər gecikdiyi üçün müştərilə Rafiq Lətifovdan dövlət qurumlarına şikayət edir, amma ortada nəticə yoxdur. Bu hələ harasıdır ee.... Rafiq Lətifovun idmançı -qoçu dəstəsi də var, şikayətçiləri döyür, söyür, hətta...media işçilərinə hədə-qorxu gəlirlər. Belə ki, “Olympus Park” rəhbərinin dayısı oğlu şirkətlə bağlı yazılan yazıya görə media əməkdaşlarını hədələyir, hətta sosial şəbəkədə təhdid edir. Rafiq Lətifov onunla şərik olan yerli və Türkiyəli iş adamlarını dəfələrlə aldadıb. Rafiq Lətifonun tikinti şirkəti 28 May ünvanında apardığı tikinti zamanı xeyli sayda ağacı kəsib, yaşıllığı məhv edib. Hətta buna görə, şirkətə qarşı cinayət işi açılıb, amma ortada nəticə olmayıb. Rafiq Lətifovun şirkəti Çapayev ərazisində, “Kubinka” deyilən ərazidə, Badamdar ərazisində qanunsuz tikinti işləri aparır. Rafiq Lətifov hətta iş adamı Hacı İbrahim Nehrəmliyə də külli miqdarda pul atıb.
Sözün qısası, Rafiq Lətifov vətəndaşlarla DÖVLƏT arasında ciddi narazılıq yaradır. Vətəndaşlar deyir ki, bu qədər özbaşınalıq olmaz, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən rəsmi məktub var, Fövqəladə Hallar Nazirliyindən rəsmi cavab var ki, "Olympus Park” tikinti şirkətinə məxsus qanunsuz tikintinin qarşısı alınıb. Amma... Bütün bunlara baxmayaraq özbaşına, qanunsuz tikinti davam edir.... Rafiq Lətifov şikayətçiləri məhkəmə ilə hədələyir və deyir ki, mənim şirkətimin işgüzar nüfuzuna zərbə vurmusunuz. Vallah adam deməyə, yazmağa söz tapmır, həm oğru, həm də doğru...
Əslən Şəkidən olan Rafiq Lətifov hətta HƏCİ titulu da daşıyır, guya Allah qoymasa mömin müsəlmandır. Görəsən camaatın evini başına uçuran adam nə vaxtdan HƏCİ olub..?
Bu gün Rafiq Lətifovun xeyli sayda mobil telefon mağazaları, şəxsi villaları, Avropa hotelin yanında özəl binası, 99-999 nömrəsi ilə başlayan avtomobil kolleksiyası və daha nələri. Şikayətçilər isə dövlət qurumlarının qarşısında ümidsiz dayanıblar. İstər-istəməz sual doğur: Dövlət niyə öz vətəndaşına sahib çıxmır..? Ümid edirik ki, bütün bunlara son qoyulacaq və ədalət öz yerini tapacaqdır.
gündelıik baki.com
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az