Əziz Əzizov Surxanını Bakıya tramplin bilir - 14 il Cəlilabadda, 2 il Yasamalda, 4 ildir Suraxanıda icra başçısı məvacibini alan, Əziz Əzizov…
14-06-2023, 11:54
İcra başçısı son zamanlar kriminal jarqonla danışır, böyük-kiçik söhbəti edir…
Əziz Əzizovun həbsi qaçılmazdır…
Suraxanının icra başçısı Əziz Əzizov haqqında yazmaq istəyərkən, xeyli fikirlər yada düşdü. Dünyanın tanınmış alimi Lütfizadə deyirdi: “Əgər əlində tutduğun yeganə alət çəkicdirsə, hər şey sənə mismar kimi görünəcək”. Birini də biz deyək: “Arpa, noxud satanın 100-150 minlik rayonun icra başçısı olması, rəngsazın, “malyar”ın Rəssamlar İttifaqına rəhbərlik etməsi kimidir... Ümumiyyətlə, alverçinin icra başçısı olması, o rayonun sakinləri üçün fəlakətdir...
Gəlin konkret olaraq Əziz Əzizovun həyat yoluna nəzər salaq. Əziz İmran oğlu Əzizov 1963-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. M. Əzizbəyov adına Neft və Kimya Akademiyasının bitirmişdir. Və 1985–1986-cı illərdə Tramvay parkında xətt sahəsi təmiri ustası, 1986–1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta işləmişdir... 1996–2006-cı illərdə Sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2006–2018-ci illərdə isə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. 2018–2019-cu illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Cənab Prezidentin 2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Birincisi, Əziz Əzizov yazır ki, 10 il ( 1996-2006) sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Görəsən Əziz Əzizov 10 il hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olub ? Tanıyanlar bilir ki, bu adam 10 il buğda, arpa, hətta noxud satmaqla məşğul olub.
Bəli, bu adam xeyli müddət rayonlardan pivəxanalara NOXUD satıb. İndi özünüz təsəvvür edin ki, arpa, noxud satan günün birində Cəlilabad boyda rayonun icra başçısı olur. Biz əbəs yerə yazmadıq ki, əgər əlindəki yeganə cihaz çəkicdirsə... Bu adam üçün ancaq CİBİ var, onun üçün inanmırıq ki, başqa nəsə haqqında düşünsün.
Təsəvvür edin ki, bu adam bacısıoğlu olan sürücüsünü, özünə hüquqi məsələlər üsrə müşavir təyin edir. Atalar demişkən, kor atın kar nalbəndi, yaxud arpa satan icra başçısının da şofer-hüquqşünas müşaviri olar...
Sözün qısası, arpa-noxud satan Əziz Əzizov 12 il Cəlilabad boyda rayonun icra başçısı oldu. Və rayonda daşı-daş üstə qoymadı. Əlinə nə keçdi satdı, taladı. Rayonda yüz hektarlarla üzüm sahələrini Əziz Əzizov özününküləşdirdi. Cənab başçının rayonda restoranları, otelləri, marketləri fəaliyyətə başladı. Cəlilabadla kifayətlənməyən Əziz Əzizov biznesinin bir hissəsini Neftçala rayonuna köçürdü. Neftçalada Əziz Əzizovun qoyun sürüləri, heyvandarlıq fermaları, araq dükanları və daha nələri. Neftçalanın o zamankı icra başçısı, hazırda məhkum həyatı yaşayan İsmayıl Vəliyev az qala özü Əziz Əzizova çobanlıq edirdi.
Bəli, çox qısa olaraq qeyd edək ki, Əziz Əzizov bir zamanlar Fərhad Əliyevə mənsub olan üzüm bağlarını ələ keçirdi, mini şərab zavodlarını işə saldı. Biz hələ Əziz Əziovun İranla kartof biznesindən, Rusiyaya vaqonlarla nar ixrac etməsindən danışmırıq.
Sözün qısası, Cəlilabaddan Yasamala gələn Əziz Əzizov pilot layihə adı altında Sovetksidə minlərlə ailənin evini uçurdu və milyonlar qazandı. Adi JEK müdirlərini dəyişməyin qiymətini qaldırdı. Nəhayət Əziz Əzizov Surxanıya icra başçısı gəldi. Və bundan sonra Suraxanının qara günləri başladı. Əziz Əzizov Hövsanda hər kv. metr torpağa görə 50 manat rüşvət alırdı. 1 kv.m ee....
Bütün bunlar azmış kimi, sakinlər Əziz Əzizovu iş yerində tapa bilmirlər.
Sakinlər deyir ki, dəfələrlə icra başçısının qəbuluna getsələr də, onları müavin və ya köməkçi dinləyir, icra başçısı ilə görüşə bilmirlər: “Hər dəfə deyirlər ki, icra başçısı tədbirdədir, əraziyə gedib, gözləyin, gələcək. Gözləyirik, başçı gəlib işə dəyir və tez də çıxıb gedir”. İcra başçısı Əziz Əzizov rayon sakinlərinin problemlərini həll etmək əvəzinə küçə ticarətini gücləndirir və hər ay yüz minlər qazanır.
Biz hələ Əziz Əzizovun Ağcabədinin icra başçısı Rafil Hüseynovla qudalığından, kürəkəni Şəhriyar Hüseynzadənin polis orqanlarından qovulmasından, Xırdalandakı mərmər sexində baş verənlərdən, Yasamaldakı Dövlət parklnda etdiyi qanunsuz əməllərdən danışmırıq.
İndi isə keçək Əziz Əzizovla bağlı son xəbərlərə. Bu adam qazandığı milyonlardan o qədər havalanıb ki, bütün xətləri tapdalayıb keçir, öz “razmer”inə uyğun olmayan sözlər danışır. Və məclislərdə deyir ki, Kərəm Həsənov mənim kiçiyimdir. Deyəsən Əziz Əzizov qohum-əqrəbasının ona BOSS deməsindən həvəsə düşüb, böyük-kiçiyin yerini səhv salır haa... Bu adam anlamır ki, Kərəm Həsənov kimilər danışan yerdə Əziz Əzizov kimilər ağzına ..su alıb susmalıdır. Yeri gəlmişkən, Əziz Əzizovun dayısı da kriminal olduğu üçün icra başçısı da kriminal jarqonlarla danışır.
Yeri gəlmişkən, Əziz Əzizov dostlarına deyir ki, Hacıbala Abutalıbov da Suraxanıdan Bakıya Mer gəlmişdi, mən də yaxın zamanda Bakının Meri olacam. Bəli, Əziz Əzizov sinif yoldaşı, ən yaxın dostu rəhmətlik Kamil müəllimlə aralarında olan münasibətdən sonra gərək idi ki, qohumlarına salam verməsin. Adam da dostunun...
Avazın yaxşı gəlir, Əziz Əzizov, amma yaxın zamanda səni də dostlarının yanına aparacaqlar. Bir sözlə, Əziz Əzizovun həbsi qaçılmazdır.
Növbəti yazımızda oxuyacaqsınız. Əziz Əzizov Nəsimi rayonunda olan bağça müdirəsinə böyük diqqət və qayğı göstərərək, nələr edir.
Əliyev Eldəniz Əliqulu oğluna Prezident Yanında Akademiyaya göndəriş necə verildi?
Şöbə müdiri, Hüseynov Elman Mehman oğlu Suraxanıda yerləşən şadlıq evini və son model, ağ rəngli "Volvo" avtomobilini 700 manat məvaciblə necə aldı?
Əziz Əzizovun "Qismət" şadlıq evinin qarşısındakı dövlət parkında özünə tikdirdiyi 3 ədəd restoranı 2 milyon 400 minə hansı məqsədlə satır.
Nə üçün qohumları Əziz Əzizova "BOSS" deyərək müraciət edir?
3-cü sinifdə oxuyarkən Əziz Əzizov nə üçün uzun müddət xəstəxanada müalicə alıb? Bu hadisədən sonra sinif yoldaşları ilə nə üçün incik olub?
Əziz Əzizovun qudası, Agcabədi rayonunun icra başçısı Rafil Hüseynovla nə üçün münasibətləri pozulub?
P.S. Əziz Əzizov, sənin orta məktəb qiymətlərini və ali məktəbdə təhsil aldığın zaman, aldığın qiymətlərə nəzər salaraq, belə qənaətə gələrək öz fikrimi bildirirəm. Mənim 10 dənə qoyunum olsa, sənə etibar etmərəm, aparıb hamısını itirərsən.
gundelik baki.com