Mərkəz direktoru müğənninin qarşısında diz çökdü

28-06-2016, 09:55           
Mərkəz direktoru müğənninin qarşısında diz çökdü
Malik Vəliyev «Həkəri» restoranında oxuyan müğənniyə klip çəkdirəcəyini də vəd edib

Artıq bir neçə gündür mütəmadi olaraq 10 saylı Ərazi Hesablama Mərkəzinin rəhbəri, Laçın Təhsil Şöbəsinin keçmiş müdiri Malik Vəliyevlə bağlı məlumatlar daxil olur. JAM.AZ-a verilən məlumatlara görə, Vəliyev Təhsil Nazirliyinə 300 min manat verib, vəzifəsini aldıqdan sonra nəzarəti altında olan bütün Təhsil Şöbələrindən pul yığmaqla, ödədiklərini çıxarmağa çalışır.
Lakin həmin məlumatlardan birində vurğulanırdı ki, Malik Vəliyevin tanınmış otellərdən birində gizli şəkildə görüntüləri çəkilib və proses bir müddət əvvəl ləğv olunmuş MTN-in vasitəsiylə həyata keçirilib. Məlumatlı mənbələr qeyd edirlər ki, Akif Çovdarov və başının bandasının keçmiş şöbə müdiri ilə görüşüb, görüşmədikləri məlum deyil. Amma Vəliyev yaxın adamlarının yanında etiraf edib ki, bir neçə oteldə uyğunsuz vəziyyətdə olub və mümkündür ki, orada görüntüləri qeydə alınıb.
JAM.AZ xəbər verir ki, Malik Vəliyev sözün həqiqi mənasında qadın düşnügünü olub. Belə ki, o, Bakıya gəldiyində yaxın ətrafından təkcə bir şeyin xahişini edib və onu da yerinə yetiriblər. Amma işin tərs tərəfi odur ki, bu adam o qədər özünə nəzarət edə bilməyən, tutduğu vəzifənin mahiyyətini anlamayan biri olub ki, yeyib-içdiyi restoranda belə özünü saxlaya bilməyib.
Əldə etdiyimiz məlumata görə, Bakıda fəaliyyət göstərən «Həkəri» restoranının mütəmadi olaraq qonağı olan Malik Vəliyev günün birində orada mahnı oxuyan müğənniyə «aşiq» olur. Hətta eşq o qədər şöbə müdirinin təpəsinə vurur ki, həftədə bir dəfə məhz onu görmək üçün Bakıya gəlir. Hər gəldiyində də oxuduğu hər mahnı üçün 100 manat nəmər verən Malik Vəliyev, bununla kifayətlənməyib, ona dəstəylə gül, böyük vədlər göndərirmiş. Bu azmış kimi, bir neçə dəfə həmin xanım müğənni oxuyan zaman Vəliyev onun qarşısında diz çökərək, əl çalıb.
JAM.AZ xəbər verir ki, artıq həmin müğənninin kimliyi müəyyən edilib. Ondan ilkin açıqlama da alınıb və adının hələlik çəkilməsini istəməyən müğənni Malik Vəliyevlə olan münasibətlərini də etiraf edib. O bildirib ki, elə bu gün də keçmiş şöbə müdiriylə əlaqələri var. Hətta Malik Vəliyev yaxın vaxtlarda klip çəkdirməsi üçün ona maliyyə dəstəyi də verəcək. Yaxın günlərdə müğənni ilə reportajımızı yayımlayacağıq.

teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.