Sevindik Hətəmovun yeni maliyyə fırıldağı üzə çıxdı: 100 min manat

28-06-2016, 13:52           
Sevindik Hətəmovun yeni maliyyə fırıldağı üzə çıxdı: 100 min manat
Azərbaycanda məmur özbaşınalığı, onların çirkli pulları asanlıqla mənimsəmələri haqda saysız-hesabsız faktlar mövcuddur və bu haqda demək olar ki. hər gün ölkənin internet resurslarında yazılar dərc edilir.
Belə məmurlardan biri də bu ilin 4 mart tarixində Yardımlı rayonundan Salyana transfer edilən icra başçısı Sevindik Hətəmovdur.
Mətbuatdan bəllidir ki, onun dağ rayonundan Bakının yaxın bölgəsinə “gətirilməsi” heç də yerli oliqarxları sevindirməyib.
Keçmiş başçı Tahir Kərimovun bacısı oğlu, Salyan “Telekom”un rəhbəri Faiq Nəcəfovun başçılığı ilə ona qarşı qiyam başladılıb və müavinləri onun üzünə ağ olub. O da elə iclasların birində hər iki müavinini zaldan qovub.
Sevindik Hətəmov isə çıxış yolunu özünün köhnə komandasını Yardımlıdan gətirməklə tapmaq istəyir. Ancaq Aztoday.az-a daxil olan məlumata görə hələlik o, bu istəyinə nail ola bilməyib. Görünür, rəsmi Bakının bu işdə rəsmi razılığı alınmayıb.
Heç Salyanın yerli söz sahibləri də onun bu addımına “hə” deməyiblər və birbaşa “başına oyun açarıq” mesajını çatdırıblar.
“Güzdək” daş karxanasının direktorluğu vəzifəsindən Milli Məclisə qədər, ordan da Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədrliyinədək irəliləyən bu şəxs hazırda çıxış yolunu vəifəyə gətirilmək üçün “xərclədiyi” pulları geri qaytamaqla məşğuldur.
AzToday-az-a bu haqda ilginc materiallar daxil olub. Sevindik Hətəmov Salyana icra başçısı təyin olunandan iki gün sonra büdcədən görülməyən işin adına 100 min manat pul götürüb.
Məlumatlara görə, indi bu “yeyintinin” doğru olub-olmadığı araşdırılır və artıq bu haqda Prezident Administrasiyasına, ölkənin Baş prokurorluğuna məlumat verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.