Bakıda kafedə dəhşətli faktlar (FOTO)

19-05-2015, 14:37           

Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, R.Zorge adına parkda yerləşən, əhaliyə ictimai-iaşə xidməti göstərən “Millennium” kafedə dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə bildiriblər ki, araşdırma zamanı müəssisədə ərzaq xammalı və hazır məhsulların mal qonşuluğu qaydaları gözlənilmədən eyni soyuducu kamerada saxlanıldığı, hazır məhsulların günlərlə soyuducuda qalaraq hər dəfə sifariş olduqca qızdırılaraq istehlakçıya təqdim edildiyi, qabların yuyulması zamanı normaların pozulduğu, istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçmədiyi, lazımi sənədlərlə təmin olunmadığı müəyyən edilib.

Belə ki, kulinariya məhsullarının hazırlanmasında istifadə olunan xammalların uyğunluq sertifikatları, texnoloji təlimat və resepturaları, ət məhsullarının baytarlıq nəzarətindən keçməsi barədə sənədləri, işçilərin tibbi müayinədən keçmələrini təsdiq edən sənədlər, məhsulların sınaqlarının aparılması üçün akkreditasiya olunmuş laboratoriya ilə müqavilə və hazırlanan məhsulların dövri sınaqlarının aparılması barədə sınaq protokolları yoxlamaya təqdim edilməyib.

Müəssisə tərəfindən hazırlanmış “sezar” salatı və “həvəskar” kotletdən seçilmiş nümunələrin laboratoriyada aparılmış sınaqların nəticələrinə əsasən, məhsullar mikrobioloji göstəricilərdən ümumi mikroorqanizmlərin sayına görə standartların tələblərinə cavab verməyib.

Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən müəssisə beş min manat cərimə edilib.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.