Daha bir faciə - Cəlilabadda Qarabağ qazisi özünü yandırdı

20-05-2015, 10:41           

Dünən axşam Cəlilabad rayonu polis idarəsinin qarşısında Qarabağ müharibəsi və 20 yanvar iştirakçısı Mürsəlov Mirtahir Miradil oğlu özünü yandırıb.
Bu barədə QAZİLER.AZ saytına özünə qəsd edən müharibə veteranının qardaşı Mürsəlov Mirkamil məlumat verib. Onun sözlərinə görə qardaşının özünə qəsd etməsinə səbəb rayon rəhbərliyinin onun problemlərinə biganəliyi olub.

M.Mirtahir Bakı şəhərindəki 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirlib. Həkimlər M.Mirkamilə bildiriblər ki, xəstənin yaşmaq şansı yoxdur. Hadisə ilə bağlı döyüşçünün həyat yoldaşı Mahirə xanım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə teleqram da vurub.

Prezident İlham Əliyev bir müddət əvvəl müharibə iştirakçıları ilə bağlı məmurlara tapşırıq vermişdi: "Veteranların işlə təmin edilməsində, onların sosial problemlərinin həllində ədalətsizlik qəti qadağandır. Ümumiyyətlə, ədalətsizliyə qarşı biz mübarizə aparırıq. O cümlədən qan tökmüş, Vətəni müdafiə etmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlara xüsusi diqqət göstərilməlidir. Bu, dövlət siyasətidir, mənim tələbimdir. Hər şey ədalətli olmalıdır. Ədalət pozulanda, problemlər yaranır"

Cəlilabadda belə eşidirlər onun tapşırığını...

Xatırladaq ki, bir neçə gün əvvəl Cəlilabad rayonunda daha bir intihar hadisəsi baş vermişdi. Qarabağ müharibəsi əlili Həsən Abidinov özünü asaraq intihar etmişdi. Cəlilabadda məmur, ələxsus da icra hakimiyyəti başçısının özbaşınalığı baş alıb gedir! Buna bir dur deyən yoxdur!


Daha bir faciə - Cəlilabadda Qarabağ qazisi özünü yandırdı













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.