Tərtər rayonunda müəmmalı «şikayət oğurluğu» - İLGİNC

20-05-2015, 16:26           
Tərtər rayonunda müəmmalı «şikayət oğurluğu» - İLGİNC
Tərtər rayonundan redaksiyamıza müraciət edən bir qrup vətəndaş bildirir ki, onların yerli məmurlardan etdiyi şikayətləri dinləyən yoxdur. Rayon sakinləri əsasən mövsüm olmasına baxmayaraq əkin sahələrinin suvarılması üçün su əldə edə bilmədiklərindən şikayət edirlər. Xüsusilə də maldarlıqla məşğul olan fermerlərin yonca biçini dövründə və taxıl sahələrinin suvarılması üçün su əldə etmək üçün döymədikləri qapı qalmayıb. Şikayətçilər deyir ki, məsələ ilə bağ lı Rayon İcra Hakimiyyətinə də müraciət ediblər. Lakin heç bir nəticəsi olmayıb. «Dəfələrlə müraciət etməyimizə baxmayaraq heç bir tədbir görülməyib. Tərtər rayonunda havanın tempraturu bir qədər yüksələn kimi nəinki əkin sahələrimizi suvarmağa, içmək üçün belə su tapa bilmirik. Şikayət edəndə də deyirlər ki, bura cəbhə bölgəsidir, problem də olacaq, dözməlisiniz» deyə narazı vətəndaş bildirir.

Həmçinin qeyd edilir ki, rayonda su təsərrüfatının formalaşdırılması üçün 2012-2014-cü illərdə dövlət büdcəsindən 700 min manata yaxın vəsait ayrılıb. Ayrı-ayrı vaxtlarda və ayrı-ayrı mənbələrdən ayrılan vəsaitlərin layihə-smeta sənədlərində icra edildiyi göstərilsə də, real olaraq əhali su problemindən əziyyət çəkir.

GUNDEMİNFO.AZ-a adının çəkilməsini istəməyən digər bir tərtərli sakin deyir ki, yerli rəhbərlik onların şikayətlərini dinləmədiyindən məcbur qalıb paytaxta müraciət etməli olurlar. Lakin Rayonun Mərkəzi Poçtundan şikayətlər ünvanına gedib çatmır. Buna səbəb kimi isə xüsusi sifarişli qaydada məktub yollayan insanların, poçtalyonlar tərəfindən məktubun göndərilən ünvana yetişməsinə dair «xəbərnamə»ni əldə edə bilməmələridir. Sakinlər belə qənaətə gəliblər ki, «xəbərnamələr»in məktubları göndərən çatmaması məktubların ümumiyyətlə Tərtərdən çıxmadığını sübut edən fakt ola bilər.
Yazılanlarla bağlı olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.