İsmayıllıda icra hakimiyyəti vergi ilə əlbirdir.

21-05-2015, 01:25           
İsmayıllıda icra hakimiyyəti vergi ilə əlbirdir.
İsmayıllı rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir qrup şəxs müraciət edərək bildirirlər ki, rayon icra hakimiyyətinin işçiləri onlara göz verib işıq vermirlər. (Müraciət edən sahibkarlar) Bizlər gündəlik zorla çörək pulu çıxardırıq.Elə günümüz olur ki,alver olmur,üstəgəl aylıq vergi və sair xərcləri qarşılaya bilmirik.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmağımıza baxmayaraq hər birimizin bir neçə banka kreditlərimiz var.Rayon icra hakimiyyətindən gəlib bizə dirəşiblər ki, hərəniz 15 manat həmkarlara pul ödəməlisiniz. Bizlər etiraz edəndə adımızı,mağazamızın ünvanını yazıb apardılar ki, vergi ilə sizi çökdürəcəyik.

İcra hakimiyyəti vergi ilə əlbirdir.

Çox anormal vəziyyət yaradıblar. Bütün məsələlərdə, tələblərdə vergi orqanları ilə icra hakimiyyətinin sözləri üst-üstə düşür.Bunlar birlikdə bizləri talan etməklə məşğuldurlar. Bu harada yazılıb ki,biz həm kommunal xərcləri,həm rəsmi şəkildə vergini və digər tələb olunan xərcləri ödəməkdən əlavə hələ bir həmkarlara da pul ödəməliyik.

Əlavə alınan pullarla bağlı bizlərə heç bir qəbz verilmir. Kimlərin cibinə gedir bu pullar? Bəyəm biz məmurları,onların ailə- uşaqlarını saxlamağı öhdəliyimizə götürmüşük? Ayıb deyil? Niyə dara düşəndə həmkarlar bizim müdafiəmizdə görünmürlər? Nə vaxtadək dövləti postlarda əyləşib xalqı talan etməklə baş saxlayacaqsınız?

Mirdamət Sadıqovun dedikləri hara, elədikləri nə?

İsmayıllı hadisələrindən sonra prezident rayona öz yerlimiz Mirdamət Sadıqovu icra başçısı təyin etdi. Bizlər də fikirləşdik ki, öz yerlimizdi,bizi istismara imkan verməz. Sən demə, İsmayıllı yağışdan çıxıb yağmura düşdü.

Mirdamət Sadıqov keçirdiyi iclaslarda haqq-ədalətdən o qədər danışırdı ki,əhali sanki başqa planetə düşdüyü haqda düşünürdü. Özünün təmiz,şəffaf həyat tərzi keçirdiyini, əlinin rüşvətə dəymədiyini deməkdən qulaqlarımız qabar olmuşdu. Ancaq atalar yaxşı deyib. Sən saydığını say, gör fələk nə sayır.

Ancaq aradan bir neçə ay keçməmiş kimləri işə götürdü?Kimlər vəzifələrə təyinat aldı?Keçmişində,şəxsi həyatında, şəxsiyyətində problem olanlara camaatın taleyini tapşırdı. Onlar da qollarını çırmayıb düşdülər əhalinin canına.Gündə bir hoqqa durğuzub təki pul olsun deyə min bir oyuna əl atdılar.

Çox məsələlərdə keçmiş başçı Nizami Ələkbərovun dövründə belə haqqsızlıq yox idi.Dəfələrlə Mirdamət Sadıqovun qəbuluna gedənlərə söz verildi ki,yaxşı olacaq,ancaq pis oldu.Artıq bizlər belə qənaət hasil etmişik ki,elə bütün bu qanunsuzluqların başında elə icra başçısının özü dayanır.

Bu gün ölkəboyu rəhbər şəxslər əhalidən, irili-xırdalı sahibkarlardan, büdcədən maliyyələşən təşkilatlardan haqq yığmaqla məşğuldurlar. Hər gələn utanmadan,qızarmadan deyir ki, hər birimizin borcudur ölkəmizdə olimpiada keçiriləcək, kömək etməliyik. Bir soruşan yoxdur ki, necə dolanırsınız, alveriniz varmı, yoxmu?

Dosye.org

P.S. Son məlumatlara görə İsmayıllının icra başçısı rayon da idarə, müəssisə, təşkilat və digər təşkilat rəhbərlərini "yükləyib" . Ad da qoyulub ki, Avropa oyunlarına köməklik vacibdir. Bu məlumatla bağlı əməkdaşımızın yaxın zamanlarda konkret faktlarla məlumatları ixtiyarınıza veriləcək. ŞOK...ŞOK...ŞOK












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.