Məşhur iş adamı “Titanik Tofiq”in bağça tikməsinə etiraz edən vətəndaş yoxa çıxıb (FOTO)

22-10-2023, 09:51           
Məşhur iş adamı “Titanik Tofiq”in bağça tikməsinə etiraz edən vətəndaş yoxa çıxıb (FOTO)
"Bu fotoya diqqət edin. Xətai pr.38 ünvanında, "Messenat Holding"in binasında yaşayan sakinlərdir. Binanın həyətində bağça (obyekt) tikirlər deyə camaat etiraz edir. Bina rəhbərliyi ilə sakinlər arasında başqa mövzularda da dəfələrlə mübahisələr olub. Amma nəticə yoxdur.

32gun.az xəbər verir ki, bu barədə jurnalist İlkin Muradov sosial şəbəkədə paylaşım edib.

Jurnalist qeyd edib ki, bu gün etiraz edən qonşulardan biri Məmmədli Zöhrab Novruz oğlu mülki geyimli şəxslər tərəfindən binanın qarşısından maşına mindirilərək aparılıb:

"Səbəb barədə nə özü, nə də qonşular məlumatlıdır".

Mediada grdən məlumata görə, "Messenat Holdinq-Şirkətlər Qrupu” 2006-cı ildə yaranıb və sahibi “Titanik Tofiq” kimi tanınan iş adamı Hacı Tofiq İsayevdir. MMC-nin tərkibinə aşağıda adları çəkilən 19 müəssisə daxildir: “Azərikimya İstehsal və Xarici İqtisadi Əlaqələr” ASC, “Bəhrəmtəpə-Çınqıl” ASC, “İmişli Dəmir Beton” ASC, “Muğan Su Elektrik Stansiyası” ASC, “Qaradağ” ASC“Arbitr-H.T.İ Konsaltinq” MMC, “Titanik” MMC, “Mühafizəçi” MMC, “Marka LTD” MMC, “Viləş-A.A” MMC, “Viləş-M.A” MMC, “Kommunal” MMC, “Aristokrat-İnşaat” MMC, “Həbibli-LTD” MMC, “GART” MMC, “RNT” MMC, “STR” MMC, “Hüquq” MTK, “Konserv Məhsulları İstehsalı” firmaları daxildir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru