Ziya Məmmədovun bu andıda suya düşdü - Anar Məmmədovun daha bir şirkəti aşkar edildi FOTOFAKT
23-10-2023, 00:05
Qədimdə bir aqil demişdi: "Dini imanı para olanın andıda paraya olar..." Teref.az yazır ki, bir zamanlar Ziya Məmmədov aşağıdaki məşhur müraciətə imza atmışdı. "Bu cür məlumatlarla mənə qarşı təxribat edirlər. Əgər Allaha inamınız varsa, inanın ki, elə şey yoxdur. Mənim nəyim varsa, aşkardadır. Mən gizlində iş görən deyiləm". Ziya Məmmədov 27 dekabr 2022 Amma və lakin araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə yeni araşdırması ilə Ziya Məmmədovun bu müraciətini növbəti dəfə darmadağın etdi.. Cavanşir bəy yazır: "Sizə Malta Biznes Qeydiyyatı Dövlət Agentliyində Anar Məmmədovun adına qeydiyyatdan keçmiş şirkətin sənədlərini təqdim edirəm. "ZIZI FOOD COMPANY LIMITED" 2020-ci il fevralın 5-də Valettada qeydiyyatdan keçib. Bir müddət sonra Anar Məmmədov şirkətin adını dəyişdirərək onu AKSON ENERGY LIMITED adı ilə yenidən qeydiyyatdan keçirib." Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq! Teref.az