Mingəçevirdəki “Qəssab Mamed” görün nələr edib-ŞOK FOTO+VİDEO
23-10-2023, 00:10
"Atamın ölümünə bais olan cərrah Məmməd Quliyev məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır”
Adi bir əməliyyatdan sonra bağırsaqlarına və ciyərinə mikrob düşərək vəfat edən xəstənin ailə üzvləri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının cərrahı Məhəmməd Quliyevdən şikayətçidir.
Mərhumun oğlu Məmmədəliyev Nadir Kanal32.az-a açıqlamasında bildirib ki, 28 iyul 2023-cü il tarixdə atam Tahir Məmmədəliyev qasıx nahiyəsindəki yırtıq(“qrija”) diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib. Həmin gün işdə olan və mingəçevirlillər arasında “Qəssab Mamed”, “Qara Mamed” ləqəbləri ilə tanınan cərrah Məhəmməd Quliyev xəstəni əməliyyat edib. Sonra xəsətəni palataya köçürüblər. Axşama doğru xəstəmizin qarnı şişməyə başlayıb. Xəstə Tahir Məmmədəliyev narahatlığını tibb bacılarına bildirdikdən sonra, tibb bacıları həkimlə əlaqə saxlayıb və onu xəsətəxanaya çağırıblar. Cərrah Məmməd Quliyev şişkinliyin səbəbini qarnında qaz olması ilə əlaqələndirib və xəstənin vəziyyəti ilə yerində tanış olmaq üçün xəstəxanaya gəlməyi lazım bilməyib. Necə deyərlər, Mamed kişiyə isti keçməyib.
Mərhumun oğlu Nadir Məmmədəliyevin sözlərinə görə daha sonra atamın tikiş yerlərindən qan gəlməyə başlayıb. Bizə heç bir məlumat vermədən cərrah yenidən atamı əməliyyata götürüb. Əməliyyat çətin keçib xəstəmiz narkozdan gec ayılıb. Əməliyyatdan sonra həkim bizə iki metrəyə yaxın bağırsaq kütləsi təqdim edərək, bağırsağı kəsmək məcbiriyyətində qaldığını bildirdi. Qanaxma olduğunu içəridə bağırsağın fəaliyyətini dayandırdığını və heç bir işə yaramayacağını dedi. Hətta, peşəsi həkim olan, amma nə həkimlikdən, nə də insanlıqdan xəbəri olmayan bu adam ailəmizin psixoloji vəziyyətini nəzərə almadan atamın kəsib götürdüyü bağısağını gülə-gülə cərrahiyyə şöbəsinin dəhlizində bizə göstərərək, danışa-danışa bağırsağı əl-üzyuyanda yumağa başladı.
Həmin anda çəkilmiş fotonu təqdim edirik:
Xəstəmizin halı daha da pisləşdiyi üçün Bakıda yerləşən “Məlhəm” klinikasının ümumi cərrahı Mahmud Mahmudovla danışdıq. O xəstəni dərhal klinikalarına gətirməyi məsləhət gördü. Xüsusi Təcili Tibbi yardım maşını ilə atamı xəstəxanaya çatdırdıq. Xəstəxanaya gələndə nəfəs almaqda çətinlik çəkirdi. Klinkanın reanimatoloqu Zaur Ağayev bir gün müayinələrdən sonra bizə bildirdi ki, bağırsaqdan infeskiya düşüb, bunun nəticəsində ağ ciyərlər fəaliyyətini dayandırıb. Müşahidə edilən mikrobun isə xəstəxana mənşəli olduğunu bildirdi. Həmçinin bizə dedi ki,xəsətənin yaşamaq şanı 20 faizdir. Klinkadan onu da bildirilər ki, biz xəstəyə antibiotiklər tətbiq edəcəyik. Bir neçə antibiotik vursalar da, heç bir təsiri olmadı. Sonuncu cəhd olaraq ən güclü antibiotiki tətbiq etdilər və deyildi ki, bu iynədən sonra xəstənin ciyərləri açılmağa başlayıb, geridönüş imkanları yaranıb. Rentgenin də cavablarının müsbət olduğu bildirildi.
Amma təəssüf ki, bir gündən sonra xəstəmizdə qanaxma başladı və vəziyyəti yenidən ağırlaşdı. Həm qohumların, həm də qan bankının verdiyi qan xəstəyə köçürülsə də, heç bir müsbət nəticə olmadı.Atamın yanına çıxanda gördük ki, ağzından, burnundan, bədəninin müxtəlif yerlərdindən qan gəlir. Həkim bunu sonlandıra bilməyəcəyini yenidən qan köçürmək vacib olduğunu dedi, amma biz bunun heç bir nəticə verməyəcəyini bildiyimiz üçün ərizə ilə müraciət etdik ki, proses dayandırılsın. Həkim prosesi dayandırdı. Çox təəssüflər olsun ki, 40 dəqiqə sonra rəhmətə getdi.
Mərhumun qardaşı və yaxınları deyir ki, biz Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının cərrahı Məmməd Quliyevlə yanaşı, “Məlhəm” klinikasından da şikayətçiyik. Onların cərrahi tibbi presonalı bilməli idi ki, xəstəyə o qədər antibiotiklər vurmaq olmazdı, çünki onun bağırsağı kəsilmişdi və yeni əməliyyat edilmişdi. Bu mütləq şəkildə qanaxma ilə nəticələnəcəkdi. Biz xəstəxanaya həkimlərə müraciət edəndə dedik ki, əgər xəstədə ümid yoxdursa bizə yalandan vədlər verməyin, pul üçün bunu etməyin. Səs yazıları da bizdə var, dedilər yox narahat olmayın ümid var, yaxşılığa doğru gedir.
Düşünürəm ki, onlar ilk gələn gündən bilirdilər ki, xəstənin yaşamasına ümid yoxdur, amma bizə yalandan vədlər verərək, bir həftə ərzində bizdən ümumilikdə 24 min manat pul aldılar. Qeyd etmək istəyirik ki, 24 min manatdan əlavə rəhmətə gedəndən sonra isə 8 min manat qan üçün pul istədilər və onu verməyəcəyimiz təqdirdə xəstəmizin nəşini bizə təqdim etmirdilər. Biz pulu köçürdəndən sonra mərhumun meyitini bizə təhvil verdilər. Bütün ödənişlərin qəbzləri bizdə var.
Mərhum Tahir Məmmədəliyevin ailə üzvləri deyir ki, xəstəmizi həkimlər əzabla öldürdülər. Onlar qanun qarşısında cavab verməlidirlər. Bununla bağlı Baş prokurorluğa rəsmi müraciət də etmişik. Üç aya yaxın vaxt keçməsinə baxmayaraq bu günə kimi hələ heç bir cavab verilməyib.
Xəstəmizi əməliyyat edən və ölümündə birbaşa günahı olan Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-cərrahı Məhəmməd Quliyevin cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmasını, onun həkimlikdən uzaqlaşdırılmasını və “Məlhəm” klinikasında müayinə və müalicələrin nə dərəcədə doğru olduğunun araşdırılmasını tələb edirik. Baş prokurorluq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-dən ədalətli və real addımlar gözləyirik.
Kanal32.az mərhumun oğlu Nadir Məmmədəliyevin Baş prokurorluğa və TƏBİB-ə etdiyi videomüraciəti təqdim edirk:
https://youtube.com/shorts/R0ZGjflqVJU?si=OmzhdVvtkvS00yaV
Redaksiya olaraq onu da qeyd edək ki, uzun illər Mingəçevir xəstəxanasında çalışan tibb işçilərinin dediyinə görə son 30 ildə cərrah Məhəmməd Quliyevin səhlənkarlığı nəticəsində ən azı 5 nəfər həyatını itirib, 10-dan yuxarı insan cərrahi əməliyyatdan sonra uzun müddət ölümlə üz-üzə qalıblar və yaranan fəsadlardan bu günə kimi əziyyət çəkirlər. “Cərrah” Məmməd Quliyevin qasıq yırtığı(“qrija”) əməliyyatı zamanı yol verdiyi ciddi səhvlər və səhlənkarlıq ucbatından 2019-cu ildə 3 uşaq atası, Mingəçevir şəhəri, Günəşli qəsəbəsində yaşayan Ağdam rayon sakini Səfərov İmamverdi Şöhrət oğlunu öldürməyi hər kəsə, hətta prokurorluq orqanlarına da bəllidir. Bu şəxsi tanıyanlar bilir ki, “Qəssab Mamed” ləqəbli Məmməd Quliyev çox az hallarda gigiyenik qaydalara riayət edir. Həmişə onun həkim xalatı kir və qan ləkləri ilə “zəngin” olur. Dəfələrlə üzü tüklü, əl dırnaqları uzun, əlləri kirli cərrahi əməliyyatlara girir.
Görəsən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB nə vaxta qədər belə “mütəxəssislər” nazı ilə oyanacaq? Sizin üçün insaların, pasiyentlərin həyatı bu qədərmi ucuzdur? Tibbi xidmətin keyifiyyətini “sroku” çoxdan bitmiş belə “həkim”ləri saxlamaqla qaldıracaqsınızmı?
Redaksiya olaraq bildiririk ki, aidiyyatı dövlət qurumlarının, “Məlhəm” klinkasının və “cərrah” Məmməd Quliyevin mövqeyini dərc etməyə hazırıq.Tərəfimizdən rəsmi məktublar artıq göndərilib.
Xəstəyə qoyulan diaqnoz:
Kanal32.az