"Şöhlətoğlu " İstirahət mərkəzi məhkəmə qarşına çıxarılır - Meşə ərazisini məhv etmək ittihamı ilə... FOTOFAKT
24-10-2023, 15:26
Ağsu rayonunda fəaliyyət göstərən "Şöhlətoğlu” İstirahət Mərkəzi ilə bağlı qalmaqal davam edir. İstirahət mərkəzinin sahibi Novruz Gülməmmədov obyektin ərazisini zəbt etməkdə ittiham olunur. Teref.az yazır ki, illərdir davam edən "Şöhlətoğlu " İstirahət mərkəzi ilə Ekologiya Nazirliyi arasında gedən çəkişmələr artıq məhkəmə çəkişmələrinə gəlib çıxıb. Verilən məlumnata görə "Şöhlətoğlu " İstirahət mərkəzi 5 hektar meşəni məhv edib və buna görə qanun qarşısında cavab verməlidir. Teref.az-a verilən məlumata görə "Şöhlətoğlu " İstirahət mərkəzi məhkəməyə verilib.. İşə Ağsu rayon məhkəməsində baxılacaq. "Şöhlətoğlu " obyektin sahibi Novruz Gülməmmədova Azərbaycan Respublikasl Cinayət Məcəlləsinin 188.1, 188.2, 188.3 maddələri ilə cinayət işi açılıb və Ağsu rayon məhkəməsi işə baxır. Novruz Gülməmmədov hektarlara meşəni zəbt edib və həmin ərazidə meşəni tamamilə məhv edib qanunsuz tikililər inşa edib.. Teref.az olaraq qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq! Teref.az
Peyk görüntülərinə baxsaz aydın görünür ki həmin ərazi əvvəlki illər sıx meşəlik olub.