Mingəçevirin icra başçısından idmançılar prezidentə şikayət edirlər TAM MƏTN

21-05-2015, 21:19           
Mingəçevirin icra başçısından idmançılar prezidentə şikayət edirlər TAM MƏTN
Redaksiyamıza müraciət edən Mingəçevir şəhər sakini Alı Mustafayev rayon rəhbərliyindən dövlət başçısına ünvanladığı konkret faktları sadalayır. Müraciətində sakin bildirir ki, icra başçısı Azərbaycanın indiki mühim idman yarışı ərəfəsində tanınmış idmançılara qarşı böyük sayqısızlıq göstərir. Məlumatlara görə, icra başçısı Niyazi Bayramova dəfələrlə müraciət etməsinə baxmayaraq ona müsbət cavab verən yoxdur. Müraciət edən vətəndaş bildirir ki, faktiki olaraq ona yaranmış vəziyyətlə bağlı olaraq heç kim dəstək vermir. Həmçinin sakin iddia edir ki, məsələ ilə bağlı olaraq ən yüksək instansiyalardan ona yardım edilməsinə inanır. GUNDEMİNFO.AZ Alı Mustafayevin yazdığı şikayəti olduğu kimi təqdim edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

AZƏRBAYCAN RESPUBLIKASININ PREZIDENTI İLHAM ƏLIYEV CƏNABLARINA
HEYDƏR ƏLIYEV FONDUNUN SƏDRI MEHRIBAN XANIM ƏLIYEVAYA
AZƏRBAYCAN RESPUBLIKASININ MILLI MƏCLISININ SƏDRI OQTAY ƏSƏDOV CANABLARINA
AZƏRBAYCAN RESPUBLIKASININ KONSTITUTSIYA MƏHKƏMƏSININ SƏDRI ABDULLAYEV FƏRHAD CƏNABLARINA
MINGƏÇEVİR ŞƏHƏR SAKİNİ MUSTAFAYEV ALI BABA OĞLU TƏRƏFINDƏN ETİRAZ-ƏRİZƏSİ
MÖHTƏRƏM CƏNAB PREZIDENT!

İlk öncə Sizdən müraciətimə düzgün baxılmadığına diqqət yetirin :

1. Ev novbəmlə əlaqədar paylanan evlərdən ev verilməsinə dair, 1503-cü insan kimi ev almaq isəyimə köməklik göstərilməməsi ,
2.Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat idarəsindən 2010-cu ildən yaratdığımız “İcma İnkişaf” Mərkəzinə dair qanunsuz sənəd tələb etmələri və heç bir köməklik göstərilməməsi ,
3.Mərhum atam Respublikanın Əməkdar məşqçisi Baba Xanlar oğlu Mustafayevin adının saxtalaşdırılması və dövlət büdcəsini talıyanların aşkar edilməməsi,
4. Dövlət Əleyhinə sorğu və layihə edənlərə dair yoxlama və nəzarət edilməməsi,
5. Dövlət qulluqçuların məni aldatması barədə tədbir görülməməsi,
6. Səbail İcra Hakimyyəti başçısının əməkdaşlarının 6ay süründürməçiliyə məruz qoyaraq, fırldaq əməllərlərə dair xəbardarlıq edilməməsi, ( 12.03.2014məktubuma və s... müraciətə dair səhnəciklər qurulması )
7.Mingəçevir İcra HakimyyətininM-680/3,03.04.2014 düzgün cavablandırmaması,
8. Sahibkarlıq Fəaliyyətimə dair heç bir dəstək verməməsi,
9.Qediyyata olduğum yataxananın özəlləşdirilməməsi və təmir edilməməsi ,
10. Mərhum atam Respublikanın əməkdar məşqçisi Baba Xanlar oğlu Mustafayevin adına Nazirlər kabinetinin 04 Noyabr 1993-cü il tarixli, 556 saylı qəraraın saxtlaşdırılmasına dair, dövlət orqanlarında şikayətimmə baxılmaması və saxta məlumatların qarşısımom alınmamması ,
11. Dövlət tərəfindən bizim ailəyə heç bir dəstəyin göstərilməməsi,
12. Vergilər Nazirliyinin 11 saylı ƏVİ-nin VÖXT-ı tərəfindən online qeydiyyat zamanı , Baba Mustafayev Adına “Avropa-Azərbaycan İdman məktəbin açılmasına dair süründürməçilik,
13. Dəfələrlə saxta cavablara görə Mingəçevir icra hakimyyətində işimi qəsdən baxılmaması,
14. FHN naziri Kəmalləddin Heydərovun göstərişinin əməkdaşları yerinə yerilməməsi,
15. Gənclər İdman Naziri Azad Rəhimovun Atamın adına bu neçə ildə saysız məktuba cavab verilməməsi,
16. Mingəçevir icra Hakimyyətinə etdiyim sorğuya cavab verilməməsi və bilərkdən 3il öncə gedən məktubu əsas tutaraq , Ombudsman Elmir xanım Süleymanovu aldadılmasına şərait yaradılması,

17. Aşkar etdiyim Baba Mustafayev adına olmayan UGİM-inə qanunsuz sənədləşmə ilə dövlət büdcəsinin talanmasına göz yummaq və s.. qanunsuzluqların və problemlərimin olması bilirsiz nə deməkdir? Dəfələrlə Administarsiyaya gedərək etdiyim müraciətlərə, sizin tərəfdən heç bir ciddi cəhd göstərmədiyiniz şahidi oldum. Hər dəfə etdiyim müraciətlərimə şifahi baxılır və telefonla şifahi cavab alıram ki, heçnə edə bilmərik və s..

Məndə məruz qaldığım çətinliklərlə əlaqədar olaraq ,Sizə müraciət etməyə məcbur qaldım ki, lazım gəlsəydi xarici prezdentlərə müraciət edərdim.

Mingəçevir icra Hakimyyəti müraciətimlə bağlı görünür statusum olmasa heçnə edilməyəcək . Ona görə ki , prezident administratsiyasının ağ kağızları boldu və məktubumda olan istəyimi sizə çatdıran yoxdur.Belə ki, hansı müraciətimə müsbət cavab vermisiz ki, bu müraciətimə cavab verəsiniz. Elə belə də konustutsion hüquqlarım təmin edilmir. Yaşamağa yeni mənzilim yoxdur. İşləməyə yeni işim yoxdur.Dövlət tərəfindən İşlə təmin edilə bilmirəm. Verilən təmirsiz, hamam sularının nəmindən kif atan yataxanadanadakı otaqda itdə belə yaşamadığı üçün yaşaya bilməz. Ailəmin vəziyyətindən çıxılmaz və əlacsız vəziyyətdə qalmışam.Yüksək rifahı olan güclü dövlətimizdə açınacaqlı vəziyyətdə yaşayıram. Mingəçevir şəhər icra hakimyyəti tərfindən məni həmişə olduğu kimi süründürməçiliyə məruz qoyublar.

Azərbaycan Respublikası Konstutsiyasının 17-ci maddəsində cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsində olması göstərilir.Azərbaycan Respublikası Konstutsiyasının 17-ci maddəsinin 1-ci hissəsində hər kəsin yaşamaq hüququ vardır. Ancaq biz müstəqil Azərbaycan Respublikasının Mingəçevir şəhərində müstər vəziyyətdə yaşayram.
Mən 2015-ci ilin hesabat iclasınızı izləyəndən sonra fikirləşdirdim ki,əsaslı dönüş yaranacaqdır.Ancaq bu sahədə mənim ümidlərim boşa çıxdı.İndiyə kimidə qanunu icra etməyənlər məni süründürməçilıyə məruz qoyublar. Dəfələrlə sizə Naairlərinizə müracət etməyimə baxmayaraq, heç bir nəticə yoxdur. Prezident aparatında əməkdaşlarınız yalandan deyirdilər ki, tədbirlər görüləcək, ancaq illərdir ki, süründürməçiliklə üzləşirəm.
Əslində müraciətlərimin icrası ilə əlaqədar tələblərimi yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Müraciətimin icra olunmaması mənim həyat tərzimi müflis vəziyyətə salmış, məcburiyyət qarşısında qalıb əlacsız yaşayıram. Anam, Atam, Qardaşım rəhmətə gedəndən sonra qardaşımın 3 azyaşlı uşağına , 2 bacımın 3 uşağına, kimsəsiz insanlara və himayəmdə olan atası xərçəng xəstəliyindən müalicə alan 1 dayım oğluna baxıram. Cəmi 4 ailənin 11 nəfəri ilə çox cətinliklə yaşayıram.

Amma istəydilər 1971-ci ii tarixdə "RESPUBLİKANIN ƏMƏKDAR MƏŞQÇİSİ" Azərbaycanda 3-cü məşqçı kimi ,fəxri ada, fəxri medala layiq görülmüş və Idmanın inkişaf etdiriıməsində yerli və Respublika icra hakimyyəti orqanlarına köməyində , əhalinin futbola, digər idman növlərinə olan təlabatını ödəmək və daha da inkişaf etməyinə, gəncləri və yeniyetmələri kütləvi şəkıldə idmana və bədən tərbiyəsinə cəlb etdiyinə görə mərhum atam Baba Xanlar oğlu Mustafayevə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda qeyd olunları nəzərə ala bilərdiniz. Yuxarıda qeyd edilənləri illər boyu nəzərə almadığınızı əsas tutub,Prezdentimizdən xahiş etdim ki, qanunların aliliyinə, ədalətliliyinə inanıb Mingəçevirə gəlişin 25 nəfər nümayəndəmlə məni qəbul etsin .

Ümid etdim ki, mənə verilən cavablar qane etmədiyi üçün bu məsələ ədalətli həllini tapacaqdır. Bu müraciətimə eyni cavab verilsə məcburam ki, katejinizin qabağını kəsib şikayət məktubumu çatdırım. İnandığım Prezident adminstrasiyasiyasının rəhbəri hörmət bəslədiyim ən böyük ziyalı və insanlara həmişə can yandıran, gecə gündüz mütailə edən, həyatını Hakimyyət yolunda qoyan, kimsəsizlərə kömək edən , yaradıcı və uzaq görən güclü insan Hörmətli Ramiz Mehdiyev cənablarıdır ki, bircə o məni başa düşə bilər. Atama, mənə, ailəmə hörmətsizlik bütün bunlara əsasdır. Bir daha qeyd edirəm, bu müraciətimi hər zaman pislik etməyə çalışan , vədinə düz çıxmayan, yalançı və hiyləğər Mingəçevir İcra Hakimyyətinə göndərməyəsiniz. Administrayada bunu qəsdən edir edir ki, vətandaşlıqdan azad olam , BAŞQA DÖVLƏTƏ PƏNAH APARAM .BU İSƏ MƏMURLARIN PREZDETƏ OLAN İNAMIMI AZALTMAGA BİTBAŞA MƏQSƏDİDİR.
Əvvəlcədən təşəkkürümü bildirirəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.