Baş həkim haqqında şok iddia
21-05-2015, 22:30
Ucar səhiyyəsi “reanimasiya”dadır. Rayonda tibb sahəsindəki vəziyyət qanqrena verməkdədir.
Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətində müxtəlif neqativ hallar var. Ucar RMX-nın baş həkimi Zeynal Bayramlının fəaliyyəti rayon səhiyyəsini məhvə sürükləyib.
Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. İddialara görə rayonda hətta vərəm və ya şəkərli diabet kimi xəstəliklərdən əziyyət çəkən insanlar belə pulsuz dərman preparatları ilə təmin olunmurlar.
Zeynal Bayramlı rayonun müvafiq idarə rəhbərləri ilə qeyri-qanuni işbirliyinə girir. Dərman preparatlarının satın alınması əsasında dövlət vəsaitlərinin mənimsənilməsi ilə məşğul olur.
Ucar RMX-nın doğum və ginekologiya şöbələrində vəziyyət xüsusilə acınacaqlıdır. Doğum şöbəsinin müdiri Südabə Hacıyeva Zeynal Bayramlının əsas pulyığanı hesab edilir.tia.az