Mikayıl Cabbarovun nəzərinə, Cəlilabadda təhsil naziri Vidadi Dövlətovdur
22-05-2015, 10:07
Cəlilabad rayonu, Üçtəpə kənd sakini Yarıyev Ramiz Qədir oğlundan "Təzadlar" axil olan məktubu təhsil naziri Mikayıl Cabbarovun diqqətinə yetiririk:
Hörmətli "Təzadlar"!
Cəlilabad rayon təhsilində baş verənləri işıqlandırmağınız sayəsində, nəhayət, Təhsil Nazirliyi rayonda səthi də olsa yoxlamalara başladı. Buna görə sizə dərin minnətdarlığımızı bildiririk. Səthi deməyimin səbəbi gələn nümayəndə heyətinin təhsil şöbəsinin müdiri Vidadi Dövlətovun qonaqpərvərliyinə təslim olaraq onunla bir yerdə oturub "duz-çörək" kəsmələridir. İstəməzdik ki, bu qonaqlıq sonra "Şiraz qonaqlığına" dönsün.
Vidadi Dövlətov adəti üzrə yenə də bütün direktorları toplayıb günahsızlığını təsdiq edən izahat vermələrini əmr edib. Necə ki, 620.000 manatlıq invertarı görməyən müəllimlərə sənədə möhür vurmalarını əmr etmişdir. Sual oluna bilər, bəs nəyə görə heç bir direktor buna etiraz etmir və ya işlərini itirmək qorxusu cinayət törətməkdən az qorxuludurmu?
Vidadi Dövlətovun cinayət əməllərinə yalnız savadsız və vətən sevgisi olmayan adamlar şərik ola biləcəyindən həqiqi ziyalılarımız ərizələrini verib çıxmışdır. Yerdə qalan direktorların çoxu isə nazirliyin xəbəri olmadan təyin edilən kadırlardır. Bunlardan bəzilərinin adları belədir:
1.Cəlilabad şəhər 2 saylı məktəb
2.Cəlilabad şəhər 7 saylı ( Bu məktəb ən çox şagird ölümü olan məktəbdir )
3.Cəlilabad şəhər 5 saylı ( Təhsil Şöbə müdirinin qohumu)
4.Göytəpə şəhər 2 saylı
5.Göytəpə şəhər 3 saylı
6.Privolni 1 saylı
7.Privolni 2 saylı
8.Sabirabad kənd 1 saylı
9.Muğan kənd
10.Komanlı kənd
11.Bəcirəvan
12.Maşlıq
13.Kürdlər
14.Musalı
15.Xəlilli
16.Uzuntəpə
17.Məmmədrzalı
18.Şiləvəngə
19.Abışabad
20.Cəlayir
21.Abazallı
22.Xanagəh
23.Soltankənd
24.Astanlı
25.Şabanlı
26.Dələli
27.Hasıllı
28.incilli
29.Hacıcavad
30.Ağusəm
31.Alar 2 sayl ( 65 yaşı iki ildir tamam olduğuna baxmayaraq direktor işdən çıxmamışdır)
Bu gün rayonumuzda əgər nazirlikdə təsdiq olmayan bu qədər məktəb direktoru varsa onlar nazirin əmirlərinə deyil, əlbəttə, RTŞ müdiri Vidadi Dövlətovu dinləyəcəklər. Qalan direktorlar isə təhsil şöbə müdirini belə saymadan açıq şəkildə qanunsuzluqlar edir və hətta bunu açıq şəkildə etiraf etməkdən belə çəkinmirlər. Cəlilabad rayonunda bu cur qanunsuzluqlar edən bir direktorun səs yazısından da açıq şəkildə görünürki o , cinayət etdiyini etiraf edir (səs yazısı əlavə edilib). Hörmətli, cənab Nazir, bir daha sizdən xahiş edirik ki, ezam olunmuş nümayəndələriniz diplomları və indiyə qədər təyin olunan direktor və müavinlərin hansı işləri gördükləri haqqında təftiş aparsınlar.
Hörmətlə, Yarıyev Ramiz Qədir oğlu (Şəxsiyyət vəsiqəsi: seriya AZE № 08266284, əlaqə telefonu: 051-467-42-59).
Redaksiyadan: qarşı tərəfin də əsaslandırılmış mövqeyini dərc edə bilərik.
Mövzuya qayıdacağıq.