Güləddin Dadaşovu korrupsiya və çoxsaylı şikayətlər bitirir: “Azərkontrakt” ASC sədri kim olacaq?

12-01-2024, 07:37           
Güləddin Dadaşovu korrupsiya və çoxsaylı şikayətlər bitirir:
Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin 3 ildir boş qalan qalan sədri vəzifəsi uğrunda gedən gizli savaş kulminasiya nöqtəsinə çatmaqdadır.

Məlumata görə 2020-ci ildən “Azərkontrakt” ASC sədri vəzifəsini müvəqqəti əvəz edən Güləddin Dadaşovun sədr olmaq arzusu müxtəlif səbəblərdən reallaşmadığı qeyd edilir.

AzFakt.com-un etibarlı mənbədən aldığı məlumatda 20 ildir ASC-də müavini kürsüsünü tutan Güləddin Dadaşov bütün vasitələrdən və əlaqələrindən istifadə edərək sədr olmaq istədiyi, ancaq Güləddin Dadaşovun sədr postunu tutmaq uğrunda göstərdiyi çabalar fayda vermədiyi deyilir. Buna səbəb isə Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətində korrupsiya hallarının olması barədə səslənən iddialardır.

İyirmi ildir ASC-də müavin vəzifəsində, son 3 ildə isə sədr səlahiyyətlərini icra edən Güləddin Dadaşovun narahat olduğu əsas məqamlardan biri isə onun və komandasının qeyri-şəffaf faəliyyəti ilə bağlı Prezident Administrasiyasına və digər rəsmi qurumlara ünvanlanan çoxsaylı şikayət məktublarıdır.

Güləddin Dadaşovun ASC-nin hazırkı biabırçı durumuna dözə bilməyən "üsyançı kollektivi"nə qarşı səlahiyyətlərindən istifadə edərək təsir etdiyi də bildirilir.

Belə ki, Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC-də 2004-cü ildən indiyədək müavin, son 3 ildə isə sədr səlahiyyətlərini icra edən Güləddin Dadaşov qurumda daha bir strateji vəzifəni zəbt edə bilib.

O, son 5 ildir ki, müavin, sədr əvəzi vəzifəsini daşıya-daşıya eyni zamanda Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyətinin Apellyasiya Şurasının sədri vəzifəsini də ələ keçirib.

Güləddin Dadaşovun ASC-də mühüm vəzifələri ələ keçirdiyinə görə hüdudsuz səlahiyyət sahibi olduğu, onun əməllərinə boyun əymək istəməyən işçiləri isə bu səlahiyyətlərindən sui-istifadə edərək vəzifələrindən uzaqlaşdırdığı vurğulanır.

Qeyd edək ki, Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti 1996-cı ildə təsis edilib.

Nazirlər Kabinetinin 2020-ci ildə verdiyi Qərarla Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinın, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması “Azərkontrakt” ASC-yə həvalə edilib.

“Azərkontrakt” ASC tam təsərrüfat hesablı dövlət təşkilatıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.