“Kontakt Home” soyğunçuluğu: şirkətin deputat sahibinə ittiham – VİDEO
20-02-2024, 11:14
“Kontakt Home adlı bir şirkət açıq-aydın soyğunçuluqla, fırıldaqla məşğuldur: Ailə üzvlərimiz kreditlə telefon götürüblər. Demək, 25 yanvarda zəng elədilər ki, gecikmələrinizlə birlikdə 160 manat ödənişiniz var, onu ödəyin. Ödədim dedikləri məbləği, tam olaraq. Dedilər ki, növbəti ay üçün sadəcə ödənişiniz qalıb”. Cumhuriyyet.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Elşad Məmmədli Feysbuk-dakı hesabında yazıb.
Jurnalist bildirib ki, üstündən 20 gün keçir bu gün, yəni bir aylıq period da yoxdur heç, ancaq zəng ediblər ki, yenə 166 manat borcunuz var: “Əməkdaş heç cür izah edə bilmədi ki, bu anormal – 20 günlük period və 20 gündən bir cərimə tətbiqləri, ötən ay bütün cərimələr ödəndiyi halda yeni cərimə yazmaları nə səbəbdəndir. Deyir, üst-üstə son ilyarımda 60 gün gecikmə var, günə 0.5 manat faiz hesablanır. 60 günə bu eləsin 30 manat. Mənə isə 2 ayda 350 manata yaxın ödəniş etdiriblər və həyasızcasına deyirlər ki, bu məbləği cərimələrə hesablamışıq, gedin təzədən kredit ödəyin… Təpəniz haqqı, mən bundan sonra ümumiyyətlə sizə 1 qəpik də pul ödəməyəcəm!”
Deputat Elnur Allahverdiyevin sahibi olduğu deyilən “Kontakt Home” mağazalar şəbəkəsi kredit verən təşkilat və ya bank deyil. Deputatın mağazalar şəbəkəsi ilə bağlı xeyli şikayətlər var. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmaya görə xüsusən də, 3-4 gün gecikmə olduqda “bank üsulu” ilə faizlərin əlavəsi, alıcıların boynuna artıq faizlərin yüklənməsi, məsələyə qoluzorlu kollektorların cəlb olunmasına başlanır. Qanunvericiliklə, mağaza alıcıya məhsulu yalnız nəğd satış dəyəri ilə müddətli sata bilər, eləcə də, gecikmələrə görə faizlər və aylıq faiz əlavələri yolverilməzdir. Eyni zamanda “Kontakt” mağazalar şəbəkəsindəki kassa aparatlarına gündəlik kredit ödənişlərinin cəmi 15 faizi vurulur və vətəndaşlarla bağlanılan müqavilələrin cəmi 15 faizi rəsmi olaraq mühasibatlıqda qeydiyyatdan keçir. Bu isə külli miqdarda yeyinti və qanuni vergilərdən yayınma deməkdir.
YAP siyahısından mandat qazanan Elnur Allahverdiyevin daşıdığı mandat əslində qanunsuzdur. Vaxtlə Sloveniyanın fəxri konsulu olması hələ də rasmi cavablandırılmayan müəmmadır. Düzdür, MSK 27 yanvar 2020-ci il tarixində bununla bağlı Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin arayışına əsasən açıqlama vermişdi ki, Elnur Allahverdiyevin Sloveniyanın fəxri konsul vəzifəsinə 29 dekabr 2019-cu ildə xitam verilib. Amma cumhuriyyet.az olaraq bildirək ki, Sloveniyanın rəsmi qəzetinini (Uradni list Republike Slovenije) məlumatı namizədin parlament seçkilərində xarici ölkə qarşısında öhdəlik daşıyaraq qatıldığını sübut edir. Qəzetin 12 iyul 2020-ci il tarixli buraxılışında Sloveniyanın baş naziri Yanez Yanşanın Elnur Allahverdiyev fəxri konsul vəzifəsindən azad olunması ilə bağlı qərarı dərc olunub. Qərarın altındakı tarix 4 iyun 2020-ci il kimi qeyd olunub. Yəni belə çıxır ki, Elnur Allahverdiyevin seçkidən əvvəl fəxri konsulu vəzifəsinə xitam verilməsi ilə bağlı arayış saxta olub. Elnur Allahverdiyevin parlament seçkisindən düz 4 ay sonra, yəni mandatı bir neçə ay cibində daşıdıqları sonra Sloveniya dövləti qarşısında öhdəliyinə son verilib.
Digər bir iddiaya görə, deputatın atası, Marat Allahverdiyev vaxtilə Heydər Əliyevin əleyhinə çıxıb, haqqında kəskin ifadələr işlədib. Bununla bağlı yayılan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, Marat Allahverdiyev Ayaz Mütəllibovun zamanında Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, daha sonra sədri, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri işləmişdir. Heydər Əliyevin tərəfdarlarının görüşlərinə nəzarət etmək üçün indiki Hüseyn Cavid parkında o zaman balaca bir obyektdə Marat Allahverdiyev və dostları gizlicə yığışıb müzakirə apararirmış. Bundan başqa Azərbaycan Respublikasının müxtəlif ölkələrdə səfiri işləmiş professor İsfəndiyar Vahabzadə müsahibəsində ermənilərlə qohumluq əlaqəsi olanlar sırasında Milli Məclisin deputatı Elnur Allahverdiyevin adını