Oqtay Şirəliyevin menyusuna - «Zavxoz»u baş həkim təyin ediblər

11-08-2016, 11:19           
Oqtay Şirəliyevin menyusuna - «Zavxoz»u baş həkim təyin ediblər

Mərkəzi Dənizçilər Xəstəxanasının (KASPAR) nəzdində fəaliyyət göstərən poliklinikada qəribə hadisə baş verib. Redaksiyamıza daxil olan məlumata görə, poliklinkanın baş həkimi tutduğu vəzifədən azad edilib.

Onun yerinə isə poliklinikanın “zəvxoz”u, hətta orta tibbi savadı olmayan Fəxrəddin Abdullayev təyin edilib. Poliklinikanın adının çəkilməsini istəməyən işçiləri deyir ki, Fəxrəddin Abdullayev Texniki Universiteti bitirib. Onun baş həkim təyin edilməsi KASPAR-ın baş həkiminə yaxın şəxs olması ilə bağlıdır.

Qeyd edək ki, məhz bu cür təyinatların nəticəsidir ki, səhiyyə sahəsində vaxtaşırı biabırçı hadisələr baş verir.azadliq.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru