Şəkidə əxlaqsızlıq etmiş polis hələ də cəzalandırılmayıb

12-08-2016, 09:33           
Şəkidə əxlaqsızlıq etmiş polis hələ də cəzalandırılmayıb
Adil Abdulkərimova “xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” cəzası elan edilib

Qəzetimizin ötən saylarından birində “Şəki polisinin Don Juanı” sərlövhəli tənqidi material dərc olunmuşdu. Həmin yazıda Şəki şəhər-rayon Polis şöbəsinin Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti üzrə sahə rəisi, polis kapitanı Adil Abdulkərimovun əxlaqa zidd əməllərindən bəhs olunmuşdu. Materialın hazırlanmasında istinad etdiyimiz məlumatda deyilirdi: “Polis zabiti olan Abdulkərimov bütün əxlaq normalarına zidd olaraq Cumakənd ərazisində evli bir qadınla ilişkilər qurub. Nəhayətdə qadının ailəsi bu münasibətdən xəbər tutub. 4 övladı olan qadının ailəsi dağılıb. Qadının əri iddia edir ki, hətta sonuncu uşağın atasının Abdulkərimov olmasından şübhələnir. Əslində buna əmindir, lakin DNK analizini maddi imkanı olmadığından həyata keçirə bilməyib. Bu biabırçı məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də artıq şikayət edilib. Ərinə xəyanətdə ittiham olunan gəlinin qayınatası Həmzat Məmmədov da jurnalistlərin sorğularına cavab olaraq bildirib ki, artıq bir neçə ildir həm Baş Göynük kəndinə, həm də bir neçə kəndə sahə rəisi kimi nəzarət edən polis kapitanı Adil Abdulkərimovun onun gəlini ilə münasibətləri var...” Polis zabiti ilə qeyri-əxlaqi münasibətlərdə ittiham olunan qadının qaynatası, Həmzət Məmmədovun sözlərinə görə, gəlinin analığı ilə Adilin anası xalaqızıdırlar. Bundan sui-istifadə edən polis əməkdaşı da əvvəlcə, özünü qohum kimi ailənin içinə salıb, get-gəl edib. Sonra isə, evin gəlini ilə Adil Abdulkərimov tez-tez bir yerdə görünməyə başlayıblar. Bu şübhələrini əsaslandırmaq üçün müəyyən sübut-dəlillər topladıqdan sonra, mart ayının 10-da Həmzət Məmmədov Şəki RPŞ-yə müraciət edib. Həmzət Məmmədov verdiyi açıqlamasında deyir: “Bu haqda polkovnik-leytenant Maqsud Mənsimovla da danışmışam. Sonra işi DİN-ə verdilər. İndi guya töhmət veriblər. Amma o adam hələ də polisdədir, əli cibində gəzir. Heç bir cəza verilməyib...” Əldə etdiyimiz məlumata görə, Həmzət Məmmədova DİN-dən belə məzmunlu cavab gəlmişdir: “Sizin, Şəki şəhər-rayon Polis şöbəsinin əməkdaşı Abdulkərimov Adil Əsgər oğlunun qeyri-əxlaqı hərəkətləri barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və digər təşkilatlara ünvanladığımız müraciətlərinizə Daxili İşlər Nazirliyində baxılmışdır. Bildiririk ki, polis əməkdaşı A.Abdulkərimov yol verdiyi qəbahətlərə görə DİN-in müvafiq əmri ilə ciddi intizam məsuliyyətinə cəlb edilmişdir”.

Şəki rayon Prokurorluğundan verilən cavab bir qədər daha geniş olsa da, mahiyyət etibarı ilə eyni məzmunu əks etdirir: “Azərbaycan Respublikası Baş Prokurorluğundan Şəki şəhər-rayon Polis şöbəsinin Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti üzrə sahə rəisi, polis kapitanı Adil Abdulkərimovun Şəki rayonu Cumakənd kənd sakini Məmmədov Həmzət Cuma oğlunun gəlini Şəbnəm Məmmədova ilə sevgi münasibətlərinin olması və sonuncunun ailəsinin dağılmasına səbəb olması barədə Şəki rayon Prokurorluğuna daxil olmuş müraciətinizə baxılmışdır.

Müəyyən edilmişdir ki, Həmzət Məmmədovun eyni məzmunlu müraciəti əsasında Şəki şəhər-rayon Polis şöbəsində ilkin araşdırma aparılmış, toplanmış material Azərbaycan Respublikası DİN-in şəxsi heyyətlə iş idarəsinə göndərilərək təhqiqat orada davam etdirilmişdir.

Təhqiqatın nəticəsi olaraq “Daxili işlər orqanları əməkdaşlarının Etik davranış Kodeksi”nin 1.12 və 17-ci maddələrinin, İntizam Nizamnaməsinin 3.2. və 3.9.-cu bəndlərinin tələblərini pozub cəmiyyətdə qəbul olunmuş ailə məişət normalarına riayər etmədiyinə, evli olduğu halda ailə münasibətlərində riyakarlığa yol verməklə başqa qadınla ünsiyyət qurduğuna, düşünülməmiş hərəkətləri ilə barəsində yuxarı instansiya şikayət olunmasına real zəmi yaratdığına, həmçinin araşdırma zamanı qeyri-səmimilik göstərdiyinə görə Azərbaycan Respublikası DİN-in 23.04 2016-cı il tarixli Ə383-001-16 nömrəli əmri ilə polis sahə rəisi, polis kapitanı Abdulkərimov Adil Əsgər oğluna “xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” cəzası elan edilmiş və hazırda qüvvədədir”.

Göründüyü kimi, törətdiyi bütün bu qanunsuz və əxlaqsız əməllərinə rəğmən Adil Abdulkərimov hələ də layiqincə cəzalandırılmayıb.

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənmək istərdik.
bizimdovr.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.