ETİK NORMALARDAN UZAQ HƏRƏKƏTLƏR ETDİYİ İDDİA EDİLƏN İMİŞLİ DİYARŞÜNASLIQ MUZEYİNİN DİREKTORU ƏLİ ƏHMƏDOVU RAYON MTİ-NİN RƏİSİ NAZİM ƏZİMOV HİMAYƏ EDİR?

30-08-2016, 10:43           
ETİK NORMALARDAN UZAQ HƏRƏKƏTLƏR ETDİYİ İDDİA EDİLƏN İMİŞLİ DİYARŞÜNASLIQ MUZEYİNİN DİREKTORU ƏLİ ƏHMƏDOVU RAYON MTİ-NİN RƏİSİ NAZİM ƏZİMOV HİMAYƏ EDİR?
Mənbənin bildirdiyinə görə əslində Nazim Əzimovu maraqlandıran Əli Əhmədovun hərəkətləri deyil, normalda iş yerləri İmişli Mərkəzi bazarının ətrafı olan rayonun “palatka meqastarlarının” ayın sonunda əmək haqqı kartlarına məhz dövlətbüdcəsindən köçürülən vəsaitin miqdarıdır.

Hələ əvvəlki yazılarımızda dəfələrlə qeyd etmişik ki, bəzi məmurlar təyin olunduqları vəzifələrə heç bir parametrləri ilə layiq deyillər. Bəzinin qüsurlu nitqi, kiminin müasir dünyaya baxışı, başqa birisinin isə əxlaqı dövlət görəvlisi olmağın parametrləri ilə uyğunsuzluq yaradır. Əslində isə bu kimi halların mövcudluğu dövlətçiliyin əsasını sarsıdır. Çünki ölkə insanı üzləşdiyi məmur anormallığını ümumi dövlətçiliyə, siyasi idarəçiliyə şamil edir. Normalda isə ziyan çəkən illərdir ölkənin davamlı inkişafına nail olan, sabit ölkə statusunun dəyişməməsi üçün ardıcıl fəaliyyət göstərən siyasi rəhbərlikdir. İmişlidəki mənbəmizdən Conflict.az-a daxil olan məlumat isə rayon Mədəniyyət və Turizm idarəsinin nəzdində fəaliyyət göstərən İmişli Diyarşünaslıq müzeyinin direktoru Əli Əhmədovun hər hansı etiket qanunlarına sığmadığı iddia edilən əməlləri barədədir.

Təhlükəsizliyi və şərq ailə qanunlarına əsasən adının çəkilməsini istəməyən muzey əməkdaşının Conflict.az-ı bilgiləndirən mənbəmizə söylədiyinə görə İmişli Diyarşünaslıq muzeyinin direktoru Əli Əhmədov tabeçiliyində çalışan qadınlarla olduqca nalayiq formada davranır. Hər hansı etiket normasını qəbul etməyən bu şəxslə bağlı rayonun Mədəniyyət və Turizm idarəsinin rəisi Nazim Əzimov isə edilən rəsmi şikayətləri isə cənab Əzimov sadəcə görməzdən gəlməklə, əslində muzey direktorunun etik normalara sığmayan hərəkətləri üçün münbit şərait yaradır.

Mənbənin bildirdiyinə görə əslində Nazim Əzimovu maraqlandıran Əli Əhmədovun hərəkətləri deyl, normalda iş yerləri İmişli Mərkəzi bazarının ətrafı olan rayonun “palatka meqastarlarının” ayın sonunda əmək haqqı kartlarına məhz dövlət büdcəsindən köçürülən vəsaitin miqdarıdır. “Palatka meqastarları” kağız üzərində rayon Mədəniyyət və Turizm idarəsinin işçiləri olsalar da, normalda gəlirləri kənd toylarındandır. Məlumatı verən mənbənin bildirdiyinə görə bu isə idarə rəisi Nazim Əzimova sərf edən ən optimal variantdır. Necə “meqastarların” kartları cibində, lakin... Lakin dövlət görəvində olan, davranışı qüsurlu işçyə ya sahib çıxmaq, ya da onu görməzdən gəlmək normal ağılın və məntiqin olduğuna dəlalət etmir. Mənbənin bildirdiyinə görə Əli Əhmədov onun xidməti otağını təmizləyən işçisinin əlində tutduğu kiçik ölşülü bayrağı ondan alıb kobud şəkildə bir kənara atacaq qədər öz orbitindən çıxmış şəxsdir. Conflict.az-ı məlumatlandıran şəxs əlavə olaraq onu da qeyd etdi ki, ”əgər məsələ hər hansı instansiyada müzakirə mövzusu olarsa, sizə söylədiklərimi həmin vaxt artıq açıq şəkildə etiraf etməyə hazıram.” Əgər İmişli Diyarşünaslıq muzeyinin direktoru Əli Əhmədov əməllərindən nəticə çıxaran şəxs olsa idi sözsüz hələ ki, məhz bu yazı üçün son olacaq məqamda müraciətimizi ona edərdik. İşçilərinə qarşı etdiyi anormal hərəkətlərin müqabilində onlardan aldıqları cavablardan nəticə çıxarmayan birisinə söz söyləmək, onun insanın bəzi orqanlarının qüsurlu hərəkətləri ilə kamança səsinə fərq qoymamasının göstəricisidir. Farslar demiş, beləsinə deyilən hər söz çifayda.

Müraciətimiz İmişli Mədəniyyət və Turizm idarəsinin rəisi Nazim Əzimovadır. Cənab Əzimov bilməlidir ki, Bayraq Dövlətin atributudur və onunla hörmətsiz davranış cinayətdir.
Azərbaycan Respublikası Dövlət bayrağının istifadə qaydaları haqqında Azərbaycan respublikasınn Qanunun maddə 1-də “Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr” bölümündə deyilir:
- 1.1. Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar.
Maddə 11. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
- Azərbaycan Respublikası Dövlət bayrağının bu qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.

İndi isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə nəzər salaq:
Maddə 308.: Vəzifə səlahiyyətlərindən sui-istifadə
308.1. Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda —
— min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 309.: Vəzifə səlahiyyətlərini aşma
309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda—
— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
309.2. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—
— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin bu bölümü yalnız işçiləri ilə münasibətlərdə etik normaları aşanlar üçün deyil, həm də...
Mövzuya qayıdacağıq.
Yazıda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.