Bakıda dollar satışı dayandırıldı - kəskin devalvasiya astanasında

30-08-2016, 19:12           

Bu gündən etibarən Azərbaycan bankları xarici valyuta satışını dayandırıb.

Satışın dayandırılmasının səbəbini “Bank Respublika”da izah etməkdə çətinlik çəkiblər və bildiriblər ki. bu “bankın daxili qərarıdır”. “AtaBank”da və AFB-də deyiblər ki, bu banklarda artıq bir neçə gündür dollar satılmır.

“Nikoil Bank”dan verilən xəbərə görə, avqustun 30-dan bütün növ xarici valyutanın satışını dayandırıblar.

Qeyd edək ki. bugünkü hərracda 29 kommersiya bankı Dövlət Neft Fondunun satışa çıxardığı 50 milyon dolları alıb. Qeyri-rəsmi məlumata görə, tələbat təklifdən xeyli yüksək olub.

Bəzi KİV-lərdə hökumətin kəskin devalvasiyaya gedəcəyi və üzən məzənnədən imtina ediləcəyi ilə bağlı məlumatlar dərc edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru