Naxçıvanda "ara qarışıb, məssəb itib.." - Hesablama Palatası NTV-ni yoxlayır, NYV-də Hesablama Palatasını hədələyir..

5-08-2024, 08:50           
Naxçıvanda "ara qarışıb, məssəb itib.." - Hesablama Palatası NTV-ni yoxlayır, NYV-də Hesablama Palatasını hədələyir..
„Yaxınlarınız, valideynləriniz hansı korrupsiya əməllərinə bulaşıblar, bunu biz və cəmiyyət yaxşı bilir! Biz də bunu araşdırqcağıq!“. Bu sözlər Naxçıvan Dövlət Televiziyasının baş redaktoruna aiddir və Hesablama Palatasının əməkdaşlarına ünvanlanıb. Onun „NTV-yə iki zərbə“ adlı məqaləsində televiziyada maliyyə pozuntusu aşkarlayan palata sərt tənqid olunur.
Bu günlərdə Hesablama Palatası Naxçıvan Dövlət Televiziyasında (NTV) dövlət vəsaitinin xərclənməsində ciddi pozuntularla bağlı prokurorluq orqanlarına müraciət ünvanlayıb. İctimaiyyət üçün verilən məlumatda konkret detallar göstərilməsə də, söhbət əməkdaşlara çatacaq qonorarlar və mükafatların mənimsənilməsindən gedir.
Bunu yuxarıda adı çəkilən məqalə də sübut edir. Baş redaktor Müzəffər Əsgərov məqaləsində qonorarların əslində təyinatı üzrə xərcləndiyi iddia edir. Müəllif öncə televiziyada maaşların aşağı olmasından şikayətlənir. Onun sözlərindən belə çıxır ki, bunu kompensasiya etmək üçün qurumun rəhbəri Sahil Kərimli əməkdaşlara əlavə mükafat və qonorarlar yazmağa məcbur olub. Yazıda bildirilir ki, bunu maliyyə pozuntusu kimi təqdim etmək yoxlama qurumlarının haqqı deyil.
Müəllif həmçinin iddi edir ki, palatada işləyənlərin heç də hamısı qanuni yolla işə götürülməyib və buna görə onların dövlət qulluqçusu adını daşımağa haqqları yoxdur.
Mətbuatda yayılan məlumatlara görə isə, televiziyanın dövlət büdcəsindən mənimsədiyi vəsait yarım milyon manata yaxındır. Televiziya həmin mətbuat orqanlarını məhkəməyə verməklə hədələyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.