Elnur Allahverdiyevin icra başçısı təyin olunacağı ehtimalı da var

6-08-2024, 09:36           
Elnur Allahverdiyevin icra başçısı təyin olunacağı ehtimalı da var
Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərinə namizədləri sırasında VI çağırış Milli Məclis deputatı Elnur Allahverdiyevin adının olmaması sonradan onunla bağlı müəyyən fikirlərin yayılmasına yol açdı.Onun vəzifəyə təyin olunacağı,səfir göndəriləcəyi vəs.yazıldı.

Faktinfo.az xəbər verir ki,ehtimala söykənən məlumatlardan biri də odur ki,Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərinə namizədləri sırasında adı yer almayan Elnur Allahverdiyev,ola bilsin sentyabr ayının əvvəllərində Bakının rayonlarından birinə icra başçısı təyin olunsun.

Qeyd edək ki, Elnur Allahverdiyev VI çaığrış Milli Məclis deputatıdır. O. 17 saylı Yasamal 3-cü seçki dairəsindən deputat seçilib.O, həmçinin biznesmen kimi tanınır, "Kontakt home" şirkətinin ona məxsus olduğu deyilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.