Zaur Əliyevin agentliyi “HƏLLİN DÜLÜLÜ” şirkəti ilə alış-veriş edir - İLGİNC
8-08-2024, 16:48
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi növbəti tender üzrə satınalma müqaviləsi imzalayıb. Tribunainfo.az xəbər verir ki, “Azərbaycan Respublikasının 51-də icbari tibbi sığorta tibbi tibbi xidmətlərə görə tibbi sığortanın müəyyən edilməsi” adlı prosedur üzrə həyata keçirilən tenderinb qalibi isə olduqca gülməli ada malik şirkət olub. Qeyd edək ki, tenderin qalibi “HƏLLİN DÜLÜLÜ” MMC olub. Satınalma müqaviləsinin dəyəri isə 110.000 manat təşkil edib. Doğrusu, “Həlli dülülü” adının hansı məna daşıdığı məlum deyil. Üstəlik, bu şirkətin kimə məxsus olması və niyə belə bir adın seçilməsi qaranlıq olaraq qalır. Və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin adının mənası məlum olmayan, həm də olduqca komik səslənən bir şirkətlə hansı səbəb və maraqdan dolayı satınalma müqaviləsi bağlaması da naməlumdur.