Binə qəsəbəsində heç sənəd olmadan obyekt tikintisinə kim icazə verib?
9-08-2024, 00:04
Xəzər rayonunda qanunsuz tikilələrlə bağlı məlumat vermişdik. Bundan sonra Reportyor.info-ya daha bir məlumat daxil olub. Məlumatda deyilir ki, tikinti sahəsindəkı qanunsuzluqlara təkcə rayonun mərkəzi hissələrində deyil, qəsəbələrində rast gəlinir. Məsələn, Binə qəsəbəsində Südçülük savxozunun ərazisində heç bir sənədi olmayan iri obyekt inşa edilir. Həmin obyektin fotosu da redaksiyamıza təqdim edilib. İddia olunur ki, obyektin tikintisinə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun yaxın adamı kimi tanınan Samir adlı şəxs icazə verib. O, obyektin sahibinə sənədləşmənin aparılacağını bildirsə də, vədinə əməl etməyib. Bu gün həmin obyektin faktiki olaraq sənədi yoxdur.