Qərarda düzəliş etdilər, məhkəmənin sədr və hakimində necə, düzəliş etmək olacaqmı?...ŞİKAYƏTÇİ

10-08-2024, 11:14           
Qərarda düzəliş etdilər, məhkəmənin sədr və hakimində necə, düzəliş etmək olacaqmı?...ŞİKAYƏTÇİ
“Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi və Maarifləndirilməsi” İctimai Birliyi tərəfindən redaksiyamıza şikayət məktubu daxil olmuşdur. Prezidentə müraciət edən İctimai Birlik şikayətində bildirir ki, insanların taleyi savadsız, ədalətsiz insanlara tapşırılmışdır. Belə insanlar başqalarının haqqında necə ədalətli qərar çıxara bilər? İctimai Birliyin dövlət başçısına və ictimaiyyətə müraciətini olduğu kimi dərc edirik.
Cənab Prezident!
Əziz insanlar , bildiririk ki, foto bölümünə yerləşdirdiyimiz yuxarı yarusda olan bu şəkil, qadınların cəzaçəkdikləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, PX-in 4-saylı Cəzaçəkmə Müəssisəsindən çəkilmişdir.Gördüyümüz bu qadınlar ilk öncə anadırlar. Ola bilsin ki, bu qadınların aralarında ali təhsilliləri var. Cinayət törətməmişdən öncə müxtəlif sahələrdə, müxtəlif vəzifələrdə işləmişlər, müxtəlif peşə sahibləri olmuşlar.
Lakin, bu qadınlar hər biri ayri-ayrılıqda müxtəlif səpkidə cinayətlər törətmişlər. Biri adam öldürmüş, biri narkotik üstündə, biri oğurluq etmiş, digəri dələduzluq etmiş və sairə və ilaxirə.
Hamı kimi bu qadınlar da, törətdikləri cinayətin təsir dairəsinə uyğun, qanun qarşısında cəzalandırılmışlar və hal-hazırda cəzalarını çəkirlər.
İctimai Birlik olaraq bilirik ki, məhkumlar daima dövlətin qayğısı və nəzarəti altındadırlar. Ancaq, bizlər Allah hamısının qapısını açsın deyirik...
Cənab Prezident!
Amma, aşağı yarusda ali kürsüdə əyləşmiş, xüsusi geyim formasında, Azərbaycan bayrağı altında şəkili çəkilmiş bu xanım , qadın da anadır, ali təhsillidir və hal-hazırda Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimidir.
Bu hakim 10-larla, 100-lərlə hakimlərdən biri kimi, 17-saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən məhkumun müraciətinə baxmış və məhkumun barəsində 14.06.2024-cü il tarixdə 7(003)-821/2024 nömrəli Qərar çıxartmışdır.
Qərarın qanunsuzluğundan danışmaq fikrində deyilik. Çünki, deyəcəklər ki, bu barədə yuxarı instansiya məhkəmələri var.
Cənab Prezident!
Məsələ ondadır ki, bu hakim Qərar yaza, başqasının- Katibin yazdığı qərarı da oxuya bilmir!? Başqasının qərarının üzərində, məhkumların ad familiyalarının yerini belə dəyişdirə bilmir.Amma, ancaq və lakin, onlarla, yüzlərlə vətəndaşların barəsində bu cür qərarlar çıxarıb, bir sözlə vətəndaş-məhkumların evini yıxıb, qapılarını bağlayıb, işıqlarını söndürüb, ailələri dağıdıb, anaları-ataları gözü yaşlı, uşaqları yetim və sairə və ilaxirə qoymuşdur.
Bu günə kimi, bu hakim tərəfindən, barəsində Qərar çıxarılmış və Hökmündə müsbət dəyişiklik etdilmiş bircə nəfər məhkum və məhkum ailəsi tapmaq olmaz, desin ki, bu hakim mənim müraciətinə pulsuz baxmışdır.
Yeganə məhkumdur ki, barəsində 7(003)-821/2024 nömrəli 14.06.2024-cü il tarixdə pulsuz Qərar çıxartmışdır ki, o, da həmin Qərarda 3 məhkumun şəxsiyyətini, adını familiyasını, anket məlumatlarını bir-birinə qarışdırmış və qarma -qarışıq salmışdır. Bu bir faktdır, bu bir reallıqdır.
Cənab Prezident!
Sizə, aidiyyəti qurumlara və çox sağ olsunlar Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurasına etdiyimiz çoxsaylı müraciətlərdən sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin bu hakimi səhvlərini (anlaşılmazlıq və üyğunsuzluq kimi) başa düşmüş və 14.06.2024-cü il tarixlı, 7(003)-821/2024 nömrəli Qərarında, düz bir aydan sonra düzəliş etmişdir və 7(003)-821/2024 nömrəli 26.07.2024-cü il tarixli Qərar çıxartmışdır.
Cənab Prezident!
Buna da şükürlər olsun. Ancaq biləsiniz ki, hakim 2 vərəqdən ibarət qərarını axıra kimi oxuyub, sonacan düzəliş edə bilməmişdir...
Bu barədə növbəti müraciətlərimizdə məlumat vermək məsuliyyətini öz üzərimizdə saxlamışıq...
İndi Sual yaranır? Görəsən, adam öldürən, oğurluq edən, narkotik satan, dələduzluq edən qadınların,
yoxsa vəzifəsindən sui-istifadə edən, vəzifə səlahiyyətlərinin hüdudlarından kənara çıxan, korrupsiya-rüşvət çirkabında boğulan, yazıb oxumağı bacarmayan, başqasının yazdığını belə üzündən oxuya bilməyən, 2 vərəq yazısında, aidiyyəti qurumların müdaxiləsindən bir ay sonra düzəliş edən, başqasının taleyi ilə bağlı bu cür qərarlar çıxaran ... və sairə, və sairə qanunsuz hərəkətlər edən hakim-qadının, hansının törətdiyi əməl daha ağırdır?
Cənab Prezident!
Hakim müstəqildirsə, hakim toxunulmazdırsa məsuliyyətdən kənardamı qalmalıdır?
Cənab Prezident!
Qərarında ala-yarımçıq düzəliş edən bu hakimin barəsində kimlər tədbir görməlidir? Və niyə görmürlər?
Sizdən xahiş edirik aidiyyəti qurumlara göstəriş verin bu məsələni araşdırsınlar.
Sizə, İctimai Birliyin adından minnətdarlığımızı bildiririk.
Redaksiyadan: Müraciətdə adları şəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Bakı şəhəri,
07.08.2024-cü il
K.Balaşqızı
hurriyyet.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.