Lerikdə Şəhid Ceyhun Səfərovun ailəsinin evi niyə bu gündədir? –FOTOLAR
10-08-2024, 08:38
Vətən müharibəsində şəhid olmuş Ceyhun Səfərovun anadan olduğu ev ciddi şəkildə təmirə ehtiyacı var.
Azpost.info bildirir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Lerik rayonunun Cənginəvud kənd sakini olmuş Ceyhun Səfərov 44 günlük Vətən Müharibəsi başlananda Türkiyədə işləyirdi. Müharibə başladıqdan dərhal sonra Azərbaycana qayıdan Ceyhun könüllü olaraq Qarabağ savaşına yollanıb. Qeyd edək ki, hərbi komissarlıqdan ona heç bir çağırış vərəqəsi gəlməyib. Ceyhun ürəyinin səsi ilə silaha sarılıb və döyüşə yollanıb. Lerik rayonu hərbi komissarlığına gələn Ceyhun dərhal ön cəbhəyə göndərilməsini xahiş edib.
Ceyhun Səfərov artilleriya atıcısı kimi torpaqlarımızın yağı düşməndən azad olunmasında döyüşüb. Cəbrayıl, Fizüli, Zəngilan rayonlarının azad olunmasında şücaət göstərib. 21 oktyabr 2020-ci ildə döyüş zamanı 27 yaşlı Ceyhun Səfərov Vətən uğrunda şəhid olub.
Şəhid Ceyhun Səfərovun ölkəmizin ərazi bütövlüyü naminə, göstərdiyi igidliklər Azərbsycan Respublikası Prezidenti, Ali Baş Komandan cınab İlham Əliyev tərəfindən orden və medallarla təltif edilib.
Dövlətimiz və xalqımız vətən uğrunda canını fəda vermiş qəhrəman əsgər və zabitlərimizin xatirəsini hər zaman uca tutur. Şəhid ailələrinə dövlət qayğısı göstərilir. Lerik rayonu Cənginəvud kənd sakini, şəhid Ceyhun Səfərovun valideynləri nədənsə bu qayğıdan kənarda qalıblar.
Köhnə, təmirsiz ev, çatlamış divarlar- Ötən 4 ildə Şəhidin doğludğu ev diqqətdən kənarda qalması anlaşılmazdır.
Övladını vətən uğrunda qurban vermiş valideynlərin bütün sosial və mənəvi problemlərinin həll olunması lazımi qurumların borcudur. Ümid edirik ki, Lerikin səlahiyyətliləri buna biganə qalmayacaq.
Azpost.info