“Atlant”da turistlər belə aldadılır

13-08-2024, 08:14           
“Atlant”da turistlər belə aldadılır
Hər yay mövsümündə olduğu kimi bu yay da Nabranda yerləşən “Atlant” İstirahət Mərkəzi ilə bağlı şikayətlər eşidilməkdədir. Tahir Qədəşova məxsus olan bu istirahət mərkəzinə turist cəlb etmək üçün yalan reklam aparılır, mərkəzin əməkdaşları turistləri həm qiymətdə, həm də digər xidmətlərdə aldadırlar.

XALQ.AZ xəbər verir ki, “Atlant” İstirahət Mərkəzində aldadılan turistlərdən biri də Xəyalə Tağızadədir. O heç kəsə bu istirahət mərkəzinə getməyi məsləhət görmür:

“Şikayətim Nabrandakı “Atlant” İstirahət Mərkəzindəndir. Zəng edib 10 dəfə dəqiqləşdirmişik 6 nəfərlik kondisionerli kotecin pulundan əlavə 3 dəfə qidalanmanın qiyməti bir adam üçün 31 manatdır. Dəfələrlə soruşub dəqiqləşdirdik və bildirdilər ki, bəli, 31 manatdır.
Getmişik, deyirlər 3 dəfə qidalanma daxil bir adam 37 manatdır. Deyirlər, işçi sizə səhv məlumat verib. İşçi təzədir, öyrənsin, səhv məlumat verməsin müştəriyə.
Əlimdəki pula dedikləri qiymət uyğun gəldiyi üçün razılaşdım. Pulum olmasaydı qapıdan geri qayıtmalı idim? Gəlmişik, qapıda 4 nəfərə əlavə 48 manat ödəniş istəyirlər.
Götürdüyümüz kotecə girmişik ki, kondisioner ancaq bir otaqdadır. 3 otaqlı kotecdə kondisioner cəmi bir dənədir.

Hamamda nə diş şotkası, nə diş pastası, nə sabun var. Biabırçılıqdır. Peşman olduq gəlməyimizə”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.