Baş nazirin müavini deputat olsa, ƏƏSMN-in qanunsuzluğuna son qoyacaq?

29-08-2024, 12:04           
Baş nazirin müavini deputat olsa, ƏƏSMN-in qanunsuzluğuna son qoyacaq?
17 aydır PA, MM, NK 1-ci dərəcəli qazinin məhkəmə qərarı ilə ayrılan
pensiyasını bərpa etdirə bilmir
Artıq növbədənkənar parlament seçkilərinə sayılı günlər qalır. Kimsə
namizədlərdən qanunvericiliyə töhfə umur, kimsə onları icra
hakimiyyətinin, bələdiyyənin səlahiyyətlərinə uyğun vədlər verməkdə
qınayır, böyük çoxluq isə susur. Köhnə deputat məclisinə təzə “nırx”
qoymağa nə hacət? Bu sətirlərin yazarı da susanlar içindədir. Nədən...
Nədən budur ki, ötən ilin yanvarında-fevralında DSMF-in Xüsusi Şərtlərlə
Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev, müavini Elnur
Qurbanov rəsmi məktublarla pensiyamın məhkəmə qərarı ilə ayrılan
110 manatla birgə 1112,44 manat olduğunu , 30 gün müddətində
məhkəməyə müraciət etmək hüququmun olduğunu bildiriblər. Mart
ayında Bakı İnzibati Məhkəməsi (h. Bəhlul Cəlalov) iddianı icraata
götürüb, ...01.04.2023-cü il tarixdən cavabdeh DSMF-in XŞTMF-si
05.07.2017 tarixli, 2-(81)-1889/17 saylı məhkəmə qərarı ilə ayrılan 110
manatı kəsib, köhnə tarixə faiz hesabı ilə 138,79 manat azaldıblar.
(2024-cü ildən aylıq azalma 155 manatdır) İlk hazırlıq iclasında
hakimə bunu bildirəndə, Bəhlul Cəlalov məhkəmənin qərarının 6
ildən sonra dayandırılmasının yolverilməz olduğunu desə də,
yolverilməzliyə SONRA qiymət verəcəyini dedi. SONRA isə mən
xəstəxanada olanda cavabdehin rüşvəti ilə eyni anda həm vəkil
ayrılmasından imtina etdi, həm də iddiaya mahiyyəti üzrə baxılmasından.
Bakı Apellyasiya Məhkəməsinin İK-sı ( sədrlik edən Aytən Oruczadə) da
yenə də mən xəstəxanada olanda bu YOLVERİLMƏZ qərardadı qüvvədə
saxladı. Ali Məhkəmənin İK-sı isə işə baxmadan “işə baxıb”, vəkilsiz tərtib
olunduğundan (?) vəkil ayrılmasından imtinanı qanuni (?) saydı. Hazırda
şikayət Konstitusiya Məhkəməsinin icraatındadır, amma
baxılacağına ümid yoxdur, qıraqdan sifariş daha güclüdür. İddinın
mümkün sayılmamasının əsas səbəbi isə 05.07.2017 tarixli, 2-1(81)-
1889/17 saylı pensiyaya 110 manat əlavəni nəzərdə tutan
məhkəmə qərarının qüvvədə olmasıdır. Absurda baxın, cavabdeh
XŞTMF özbaşına dövlətin adından çıxarılan məhkəmə qərarını “ləğv edib”,
icrasını dayandırıb, amma məhkəmə həmin qərarın ləğv edilə bilməzliyini,
qüvvədə olduğunu əsas tutub.
17 aydır DSMF-in pensiya filialının dələduzluqla, məhkəməyə müraciət
etdiyimə görə pensiyamı, hətta həyat yoldaşımın da pensiyasını
azaltmasına son qoyulmur. 17 ayda PA, NK, MM-ə minlərlə müraciət edilib.
125 deputatdan az qala hamısına məktub verilib. Deputat olmağa
hazırlaşan baş nazirin müavini Əli Əhmədovun özünə qəbulunda ,
Prezidentin vəkili olanda və ayrılıqda onlarla məktub verilib. Bir sonucu
varmı? MM-də dəfələrlə məhkəmə qərarının surətini alıb, pensiyanın bərpa
ediləcəyi bildirilib. Axırda hamısı “xorla” olmasa da, “solo” ifaçılığı ilə “biz
nə edə bilərik” deyə çiynini çəkib. (Hörmətli millət vəkili Zahid Orucu
çıxmaqla. Onun nazirə bir neçə sorğusu isə yəqin təyinatı üzrə
verilməyib, yoxsa nazir özbaşınalığa son qoyardı) Onda yenidən
deputat olmağınıza nə demək olar? Konstitusiya dılğır bir məmurun
rüşvətindən aşağıda tutulacaqsa, bu nə hökumət, nə parlament olacaq ki?!
17 ayda bir Qarabağ əlilinə qarşı cinayətkar özbaşınalığa qiymət verə
bilməyənlərdən nəsə gözləməyə dəyər? MM yetkililərindən “biz acizik”
cavabını almışam, inzibati məhkəmə hakimiyyəti tam deqradasiyaya
uğrayıb, hörmətli Əli müəllim, Sizdən cavab gözləyirəm:” Baş nazirin
müavini olanda adi bir məmur özbaşınalığına son qoya bilmədiniz, MM-in
deputatı, lap rəhbəri olanda son qoyacaqsınız?”
Məğrur Bədəlsoy
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.