Qazax Dövlət Sosial-İqtisadi Kollecində nə baş verir? - Direktor Elşad Quliyevin yaniii "dayı"-sı var...İDDİA
31-08-2024, 00:06
Elşad Quliyevin direktoru olduğu Qazax Dövlət Sosial İqtisadi Kolleci ilə bağlı saytımıza bəzi faktlar daxil olub.
32gun.az-ın email ünvanına göndərilən məlumatda kollecdəki müəmmalı tenderlər, pulun gücünün hökm sürməsi və Elşad Quliyevin İcra hakimiyyəti ilə bağlı...
Müəmmalı tenderlər...
Burada satınalmalar qanunla müəyyən olunmuş qaydada keçirilmir,direktorun əvvəlcədən sövdələşdiyi
şirkətlərlə formal müqavilələr bağlanılır və külli miqdarda vəsaitlər kotirovka yolu ilə "əridilir". Onlardan bir neçəsini diqqətinizə çatdıraq.
Dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə 19.539.8 AZN dəyərinə satınalma müqaviləsi 06.12.2023-cü il tarixində “AZİMUT TƏCHİZAT”MMC-lə bağlanılıb.
MMC 13.02.2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat,qanuni təmsilçisi Cəfərova Gülnarə Zair qızıdır.
MMC-nin fəaliyyəti ilə bağlı heç bir məlumat yoxdur.İnformasiya texnologiyaları avadanlıqlarının və lisenziyaların satın alınması, mətbəə məhsullarının satınalınması, mühafizə avadanlıqları, katriclərin doldurulması xidməti kimi müxtəlif lotlar üzrə keçirilmiş kotirovka sorğularının qalibi olub. Bir çox səhiyyə,təhsil,mədəniyyət qurumlarının keçirdiyi şübhəli satınalmalarda adı hallanır.
Maşın və avadanlıqların satın alınması üzrə 15.999.62 manat dəyərində satınalma müqaviləsi
06.12.2023-cü il tarixinə “STRİX”MMC ilə bağlanılıb.MMC 22.09.2017-ci ildə dövlət qeydiyyatına alınıb.
Nizamnzmə kapitalı cəmi 5 manat təşkil edir.Qanuni təmsilçisi Şirinov Pərvaz Rafael oğludur.MMCnin fəaliyyət sferası ilə bağlı heç bir məlumat yoxdur.Maşın və avadanlıqların satınalınması, Məişət və İKT avadanlıqlarının satınalınması kimi müxtəlif lotların keçirilmiş kotirovka sorğularının qalibi olub.Bu MMCnin də müxtəlif qurumların keçirdiyi şübhəli satınalmalarda adı hallanır.
Cari təmir işlərinin satınalınması üzrə 28.010.9 manat dəyərinə satınalma müqaviləsi 01.11.2023-cü il
tarixinə “QLOBALSERVİSE”MMC ilə bağlanılıb.
MMC 28.11.2022 ci ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı cəmi 10 manat,qanuni təmsilçisi Hüseynov
habil Qabil oğludur.Bu MMC-nin də fəaliyyət sferası ilə bağlı heç bir məlumat tapılmadı.Dövlət Vergi
Xidmətinin məlumatlarında vergi ödəyicisinin fəaliyyətinin dayandırıldığı göstərilir.
Qeyd edək ki kollecin 2022 ci ildə satınalma müqaviləsi bağladığı “VARİANT-SEVİS” və “ORLANDO
AZ”MMC-lərinin də Dövlət Vergi Xidməti tərəfindən ləğv edildiyi göstərilir.Dövlət satınalma haqqında
qanunun demək olar ki bütün tələblərini pozan bu MMC-lərlə Elşad Quliyevi birləşdirən maraqlar nədir?
Təbii ki asan yolla dövlətin puluna yiyələnmək və varlanmaq.
İddiaya görə, Varlanmaq demişkən araşdırmalardan o da məlum olub ki, Elşad Quliyev Qazaxda hər küçədə bir obyekt və ev sahibidir.
Saytımıza daxil olan daha bir məlumatda iddia edilir ki, Elşad Quliyevin pulla təhsil ocağında problemi yaranan tələbələrin "problemini həll edilir"
İddiaya görə, bir müddət əvvəl Gədəbəydən bir nəfər orta yaşlı müəllim dostu ilə söhbət zamanı qəflətən telefonuna zəng gəlib ki, təcili olaraq Qazax kollecinə gəlməlidir ya işini gəlib həll etməli, ya da kollecdə təhsil alan gəlini dərslərdə iştirak etmədiyinə görə kursda qalacaq.
Məlumatın davamında deyilir: "Danışıq qısa çəkdi telefonun qulaqcığından eşitdiyim qədəri ilə Zəng edən bir xanım idi, soruşdum ki nə haqq hesabdı müəllimin dərdi açıldı.
Maddi imkanının olmadığını, məcburiyyətdən qayıb və imtahana görə Elşad Quliyevə pul ödəməli olduğunu deyib".
"Mersedes" həvəskarı direktorun bir neçə bahalı mersedes markalı maşınları da var.
Cəmi 568 manat maaş alan direktor Bakıda xeyli sayda mənzillərə də sahibdir.
Maraqlı tərəfi isə həmin obyekt və mülklərin E.Quliyevin qalmaqallı həyat yoldaşı Xanım Quliyevanın adına rəsmiləşdirilməsidir.
Qeyd:
Direktor Elşad Quliyevin həyat yoldaşı Xanım Quliyevanın sosial səbəkələrdə qalmaqallara səbəb olan görüntüləri yayılmışdı. Uyğun olmadığına gorə saytda dərc etməyi lazım bilmədik.
Xatırladaq ki, yerli mediada gedən məlumatlara görə, jurnalistlər bəzi məsələlərlə bağlı Dəfələrlə kolleclə əlaqə saxlamağa çalışsa da ya zənglərə cavab verilməyivb ya da özünü direktorun katibəsi kimi təqdim edən şəxs direktorun İcra hakimiyyətində olduğunu saat 4 dən sonra işə gələcəyi qeyd edilib.
Maraqlıdır, təhsil ocağının direktorunun icra hakimiyyətində günorta çağı hansı vacib işi olub?
Bütün bu məsələrə aydınlıq gətirmək üçün Qazax Dövlət Sosial İqtisadi kolleci tərəfindən sorğumuz cavabsız qaldı. Hətta Elşad Quliyev əməkdaşımızın səxsən özünə ünvanladığı suallara görə nömrəni bloka atdı...