Göyçay sakini torpağının qanunsuz olaraq zəbt edildiyini iddi edir – ŞİKAYƏT / VİDEO, FOTO
2-12-2024, 10:18
Göyçay rayonu, Şəhadət kənd sakini Yusifov Mətləb Rəhim oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnsitutunun Göyçay Dayaq Mənətəsi onlara məxsus torpaq sahəsini zəbt etməyə çalışır:
“Göyçay rayonu Şəhadət kəndində yerləşən, bizim ailəyə məxsus 0,50 ha torpaq sahəsini qanunsuz olaraq, zorla əlimizdən almaq istəyirlər. Hansı ki, həmin torpaq sahəsini 1996-cı il tarixdən biz istifadə edirik və 1999-cu il tarixdə bələdiyyə tərəfindən mənim istifadəmə verilmişdir.
Aqrar İslahat zamanı bizim ailəyə verilmiş 0,78 ha torpaq sahəsi əkinə yararsız olduğu üçün həyətyanı torpaq sahəmin yaxınlığında olan 0,50 ha torpaq sahəsini əkib-becərmişəm.
1999-cu il tarixdə Azərbaycan Respublikasında Bələdiyyələr yarandıqdan sonra Göyçay rayonu S.Vurğun adına Yerli Aqrar İslahat Komissiyasının 05 iyun 1999-cu il tarixli, 4 saylı qərarı ilə bizim ailəyə verilmiş 0,78 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətində saxlanılmaqla 0,50 ha torpaq sahəsi bizim ailənin istifadəsinə verilmişdir. Biz həmin 0,50 ha torpaq sahəsinin üzərində nar bağı salmışıq qulluq edib hər il məhsul götürüb, satıb ailəmizi dolandırırıq.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnsitutunun Göyçay Dayaq Mənətəsi həmin torpağın onlara məxsus olmasını qanunsuz əsas gətirərək əlimizdən almaq istəyir. Hansı ki, həmin 0,50 ha torpaq sahəsi heç vaxt Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnsitutunun Göyçay Dayaq Mənətəsinə məxus olmayıb dövlət torpağı olub və 1999-cu il tarixdə bələdiyyənin mülkiyyətinə, həmin tarixdən isə qərarla mənim istifadəmə verilib. Buna dair sənədlər var. Hansısa iş adamı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnsitutunun Göyçay Dayaq Mənətəsinə məxsus 100 hektar torpaq sahəsini istifadəyə götürüb gözləri doymadığı üçün mənim istifadəmdə olan 0,50 ha torpaq sahəsinidə ələ keçirmək istəyir.
Təxminən 2-3 il əvvəl ölkə üzrə elektron kadastr planı hazırlanan zaman bəzi vəzifəli şəxslər şəxsi və bələdiyyə mülkiyyətində olan torpaqların bir hissəsini Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnsitutunun Göyçay Dayaq Mənətəsinin balansına keçriblər.
Bu açıq aşkar quldurluq, vəzifə cinayəti mülkiyyət əlehinə terror hesab edilir. Əvvəl dövlətə sonra isə bələdiyyəyə məxsus olan 0,50 ha torpaq sahəsi necə ola bilər ki, 30-40 ildən sonra Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnsitutunun Göyçay Dayaq Mənətəsinin mülkiyyətə keçirılir?
Bir neçə vəzifəli şəxslərin cinayət əməlləri nəticəsində bizim ailənin çörək yeri olan 0,50 ha nar bağının ələ keçirilməsi bir ailənin aclıqdan məhv olması deməkdir.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan xahiş edirəm, bizə kömək edin imkan verməyin ki, işbazlar saxtakarlıqla qanunsuz olaraq istifadəmizdə olan 0,50 ha nar bağını ələ keçirsinlər, həmin torpaq Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnsitutunun Göyçay Dayaq Mənətəsinə aid deyil cinayət yolu ilə sənəd tərtib edilib”.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.