"Azəriqaz" əməkdaşlarının ehtiyatsızlığı səbəbindən EV YANIB? - İDDİA/VİDEO

2-04-2025, 12:40           
"Azəriqaz" əməkdaşlarının ehtiyatsızlığı səbəbindən EV YANIB? - İDDİA/VİDEO
"Azəriqaz" əməkdaşlarının ehtiyatsızlığı səbəbindən evin yandığı iddia edilir.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Ağamirək İsfahani küçəsi, döngə 3 ünvanında baş verib. Həmin vaxt evdə 5 nəfər olub.

Ev sahibi Etimad İsmayılovun sözlərinə görə, "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları qaz xəttində olan sızıntını aradan qaldıran zaman anidən alovlanma baş verib.

Onun sözlərinə görə, hadisə zamanı anası yüngül xəsarət alıb. Yanğınla əlaqədar qurumun əməkdaşları bu gün ünvana baxış keçiriblər. Lakin verdikləri cavab ev sahibini qane etməyib.

Hadisə və dəymiş zərərin qarşılanması məsələsi ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.

E.Vəliyev onu da qeyd edib ki, istintaq yekunlaşdıqdan sonra evin təmir-bərpası həyata keçiriləcək.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru