Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
Bu gün, 09:46

Bir neçə gün öncə, "DİA-AZ" olaraq məlumat paylaşdıq ki, əvvəlki qüdrəti olmayan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bir müddət sonra vəzifəsindən azad olunması, hətta FHN-nin bir quruma tabe etdirilməsi gözlənilir.
Xəbərdə deyilirdi: 'Bununla da "pazl" tamamlanmış olacaq. Yəni "köhnə qvardiya" demək olar ki, tarixin arxivinə qovuşdu. K. Heydərov Mehdiyev klanından qalan sonuncu "miras"lardan biridir. Hakimiyyətin yeni siyasi elitası isə artıq bu komanda ilə bir yerdə idarəetmədə iştirak etmək istəmir.
Bunun yaxşı, ya pis olduğunu siyasi rəhbərlik müəyyənləşdirir, analitiklər isə müşahidə edirlər ki, yeni siyasi komandada köhnələrə yer yoxdur. Odur ki, Heydərovun da "fövqəlnazir" erasına son qoyulacağı o qədər uzaqda görünmür".
Qeyd edək ki, bu barədə əldə etdiyimiz son məlumatda artıq FHN şefi ilə bağlı yekun qərarın yaxın günlərdə veriləcəyi bildirilir. Mötəbər mənbə iddia edir ki, may ayında bu qərar veriləcək:
"Tək Kəmaləddin Heydərov yox, daha bir nüfuzlu fiqur da yola salınır. Bütün istiqamətlərdə belə bir tədarük var ".
Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...