Sahib Cəfərov nazir müavini qaynının hesabına fəhlələri həddələyir...- Haqqlarını qəsb edir.. - YENİLƏNİB

26-04-2017, 00:38           
Sahib Cəfərov nazir müavini qaynının hesabına fəhlələri həddələyir...- Haqqlarını qəsb edir.. - YENİLƏNİB
BakuNews.az-a yenicə daxil olan məlumata görə, dərc etdiyimiz yazılardan sonra fəhlələri zavoda çağıran Sahib Cəfərov onlara zülm etməyə davam edib. Haqqların ödəyəcəyin deyən S.Cəfərov ayın 30 gündən yox sən demə 10 gündən ibarət olduğunu kəşf etdiyi məlum olub. Yaxın qohumlarına 20 günlük iş günü qeyd edən Sahib müəllim kimsəsiz fəhlələrə isə 30 gün işlətdikdən sonra 10 iş günü qeyd edir. Bu qanunsuz göstərişləri icra edən Xosrov adlı baş mühasib fərqində olaraq cinayət əməli törətməkdədir.

Sahib Cəfərov necə mərhum Cəlal Əliyevlə quda sayıla bilər...

Apardığımız araşdırmaya görə, Gülməmməd Cavadovun oğlu Süleyman Cavadovun mərhum Cəlal Əliyevin qızı ilə ailə həyatı qurub. Bu ailə bağlarından isə yüksək səhmdar olan Gülməmməd Cavadovun qohumu Sahib Cəfərov bundan öz mövqeyləri üçün istifadə etməkdədir. Səhmdar olan Gülməmməd Cavadovla yanaşı fəhlə sinifinində Bakı Şampan Şərablar ASC-nin səhmdarları olduğu məlum olub.

Səhmdar redaksiyaya niyə zəng etdi...

Bu gün redaksiyamıza zəng edən vətəndaş Tofiq adlı şəxsdə həmin zavodun səhimçisi olduğun vurğulayıb. İllərdir səmdarı olduğu zavodun gəlirindən ona pay verilmədiyini və aldadıldığını vurğulayıb. Tofiq müəllimlə müsahibəmizidə yaxın günlərdə sizlərə təqdim edəcəyik.

Əməkhaqqlarını ala bilməyən fəhlələr həddələnir...

Hal-hazırda 4 aylıq əməkhaqqların ala bilməyən fəhlələr onlara ongün iş günü qeyd edərək maaşların ödəyəcəyin bildirilib. Bununla razılaşmayan şikayətçilər məhkəmə orqanlarına müraciət edəcəyin qeyd ediblər. Həm səhmdar olduqları həmdə qustar üsulla çəkdikləri əziyyətlərin qarşılığında əməkhaqqlarını ala bilmədiklərini iddia edirlər. Prezident və Vitse-Prezidentdən kömək istəyən fəhlələr, onların haqqını qəsb edənlərin məsuliyyətə cəlb edilməsini yuxarı instansiyalardan xahiş edirlər. Aylardır əzab-əziyyət çəkən vətəndaşlar əl əməyinin qarşılığını almadıqları azmış kimi mərhum Cəlal Əliyevin qohumu olduqlarını bildirən rəhbərlik tərəfindən hədələndiklərini vurğulayıblar.

Sahib Cəfərov nazir müavini qaynının hesabına fəhlələri həddələyir...- Haqqlarını qəsb edir.. - YENİLƏNİB

Bakı Şampan Şərablar ASC-nin daxilində hal-hazırda qanunsuzluqların hansı həddə olduğunu yalnız dövlət qurumları tərəfindən araşdırıla bilər. O qanunsuzluqlar ki, Mühasib tərəfindən rəqəmlər inkar edilərək saxtalaşdırılır. Bu saxtalaşdırma nəticəsində isə Sahib Cəfərovun və onun yaxınlarının cibi dolu fəhlələrin isə cibi boş olaraq qalmağa davam edir. Gündəlik məhsul hesabı ilə həftəlik 70 min manatdan yüksək gəliri olan zavod fəhlə haqqını ödəməkdən boyun qaçırmaqdadır. Fəhlə haqqları ilə yanaşı isə onlara məxsus səhmlərin olduğun nəzərə aldıqda səhimlərin neçə ildir niyə ödənilməməsi məsələsidə gündəmə gəlməkdədir.

Araşdırmamız davam edir. Bizi izləyin...

P.S. Son aldığımız məlumata görə hal hazırda zavoda spirt süzümü aparıldığı məlumatı daxil olub. Məlumata görə, anbarı boşaldan Sahib Cəfərov səhmdarların konpensasiyaların ödəməmək üçün hər yola əl atmaqdadır. Bütün verilən məlumatlarla bağlı sizləri xəbərdar edəcəyik.
teref.az olaraq qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.