APELLYASİYA MƏHKƏMƏSİNDƏN QARABAĞ ƏLİLLƏRİNƏ QARŞI AĞLASIĞMAZ ÖZBAŞINALIQ
27-04-2017, 10:00

ÜMUMİ ŞÖBƏ MƏHKƏMƏ QƏRARINDAN VERİLƏN ŞİKAYƏTLƏRƏ BAXIR?
Məhkəmə sistemindəki özbaşınalıq o həddədir ki,hakimiyyətin 3 başlıca qolundan biri olan bu hakimiyyətdə baş verənlərlə bağlı kimisə heyrətləndirmək, kiminsə “əlini üzündə qoymaq” artıq mümkünsüzdür.Bir hakimiyyətin ki hakimi reabilitasiya vasitəsinin – “əlil avtomobilinin” məhv edilməsinə , hələ üstəlik bu məhv etməyə görə avtomobilə aidliyi olmayan Qarabağ əlilini 3 “əlil avtomobili” dəyərində cərimələyə və özünə də deyə ki “get özünü yandır”, o məhkəmə hakimiyətindən nəsə gözləməyə dəyərmi ? Heç demə , dəyərmiş ...”Yandırma hökmü” verən hakim Ramil Həsənov hazırda əlillərin şikayətinin Ali Məhkəmədə olmasına baxmayaraq ,Suraxanı icra şöbəsinin icra məmuru Vüsal Əliyevə saxtalığı şübhə doğurmayan icra sənədi verib .Belə çıxır ,məhkəmə qərarı qanuni qüvvəsini almamış icraya yönəldilib (??).Hər halda icraçı Vüsal Əliyevin Qarabağ əlillərinə göndərdiyi “sənəddən” belə bəlli olur. Əlillərin Ədliyyə Nazirliyinə şikayətinə isə icraçının hərəkətinin qanuni olduğu bildirilib .Bəs qanunsuzluğu kim edib?İcraçının hərəkəti qanunidirsə ,deməli, Suraxanı məhkəməsi ,hakim Ramil Həsənov qanunsuzluq edib .Bəs Məhkəmə Hüquq Şurası (MHŞ) niyə bu özbaşınalığa qiymət vermir ? MHŞ məhkəmə qərarlarının qanuniliyini yoxlamaq səlahiyyətinin olmamasını bəhanə - tutarqa edib qanunsuzluğun çiçəklənməsinə göz yumur .Bəyəm “yandırma hökmü”nün icraya qanuni qüvvəsini almadan yönəldilməsi qanunidir ? Bir də ,necə olur Bakı Apellyasiya Məhkəməsinin ümumi şöbəsinin müdiri Ələkbər Həsənov həmin məhkəmənin qərardadından verilən şikayətə baxa bilir ,amma MHŞ yox ?
Qarabağ əlillərinin alqı –satqı yolu ilə 7-ci yiyələndikləri avtomobili məhkəmə yolu ilə ələ keçirmək istəyən saxta iddiaçı Şahlar Abdullayev və onun vəkili Tofiq Aslanov öncə 7 ildən sonra iddia müddətini, indi də 5 aydan sonra kassasiya şikayəti vermə müddətini üzrlü saydırıb .Bəli , yanlış oxumadınız , 200 minlik əmlakından məhrum olduğunu iddia edən tərəf 7 ildən sonra ayılıb ki, “Əmrahbank” müqaviləni başqası ilə bağlayıb .Ona görə də “Əmrahbank”dan yox , maşını 7-ci alan Qarabağ əlillərindən Tofiq Aslanovun “peşəkar” fəaliyyətilə əmlaklarını geri tələb edib .Nəsimi məhkəməsi 22.07.2016 tarixli qətnamə ilə bu tələbi rədd edib , Bakı AM- isə 25.10.2016 tarixli qətnamə ilə aşağı instansiyanın aktını qüvvədə saxlayıb .5 aydan sonra 14.03.2017 tarixli qərardadla Bakı AM-in Vüqar Həsənov ,Cəmilə Səfiyeva və Namiq Cəfərovdan ibarət üçlüyü kassasiya şikayətinin ötürülməsini üzrlü sayıb ki , iddiaçı “şəxsən” qətnaməni almayıb ,başqası alıb .Vəkil Tofiq Aslanov məhkəmə heyətini elə “başa salıb ” , elə “inandırıb” ki , əsas cavabdeh “Əmrahbank”a xəbər verilmədən , iş üzrə cavabdeh olmayan maraqlarına toxunulan şəxslər “cavabdeh” kimi göstərilərək ,kassasiya şikayəti vermə müddətinin ötürülməsini üzrlü sayıb . Məğrub bəy teref.az-ya yazdığı bu məktubda sual verir, Bakı AM də 5 ay “yatıb” MPM-in 397-ci maddəsi əsasında qanuni qüvvəsini almış işi 1-ci instansiyaya qaytarmayıb ?!14.03.2017 tarixli 2(103)-7736/16 saylı qərardad “cavabdeh” əlillərə 12.04.2017-də elektron poçtla göndərilib və anında ondan şikayət verilib ki, tutaq ki ,iddiaçı özü qətnaməni almadığını 5 aydan sonra yadına salıb ,bəs onun vəkili Tofiq Aslanova da 5 aydan sonra verilib məhkəmə sənədi ? Özü də iş üzrə cavabdeh olmayanlar məhkəmə aktında necə “cavabdeh” kimi göstəriliblər ? Belə məlum olur ki, qərardadı – məhkəmə aktını hakimlər yox , vəkil tərtib edib ? “Cavabdeh” kimi göstərilən tərəfin qərardaddan şikayətinə baxılmamasından MHŞ –ya şikayətlərinə cavab olaraq Bakı AM –in ümumi şöbəsinin müdiri Ələkbər Həsənov “cavabdeh” kimi göstərilən tərəfin “iş üzrə tərəf olmadığından” şikayət vermə hüququnun olmadığını və bu səbəbdən geri qaytarıldığını” (??) bildirib .
İndi Qarabağ əlilləri çaşıb qalıb :1-cisi, bəyəm ümumi şöbə , onun müdiri məhkəmə aktlarından verilən şikayətlərə baxır ? 2-cisi, tərəf olmayan tərəf necə qərardadda “cavabdeh” kimi göstərilib ? (Təkcə elə bu fakt qərardadın ləğv edilməsinə əsasdır ) Belə çıxır ,qərardadı hakimlər heyəti yox ,ümumi şöbənin müdiri qəbul edib ?Fikrimizcə , MHŞ -nın hakimlər , ümumi şöbənin müdiri və vəkil haqqında araşdırmadan imtina etməyə bu yol bəhanəsi olmayacaq ...
Məğrur Bədəlsoy
teref.az