“Xan Sarayı”nda döyülən şəxslər “Divan” hotelinin işçiləridir
31-08-2017, 13:57

Bir gün öncə QAFQAZXEBER.AZ saytında “Prezident qvardiyasının əməkdaşları toyda dava ediblər?” başlıqlı yazı dərc edilmişdir.
Bu gün isə redaksiyamıza daxil olan məlumata görə 27 avqustda Toğrul Hüseynovun “Xan Sarayı”nda keçirilən toy məclisində döyülən şəxslər “Divan” hotelinin işçiləri olub.
Toy məclisində dava edən Prezident qvardiyasının əməkdaşları Rəşad və Kamran barədə QAFQAZXEBER.AZ saytında məlumat dərc olunan kimi, döyülən üç nəfər şəxs -Ağa, Elvin və Turqut “Divan” hotelinə çağrılıblar. Və rəhbərlik onlardan tələb edib ki, onlar təcili QAFQAZXEBER.AZ saytı ilə əlaqə saxlayıb “Xan Sarayı”nda keçirilən toy məclisində döyülmədiklərini bildirsinlər.
QAFQAZXEBER.AZ saytı ilə əlaqə saxlayan bir xanım özünü təqdim etməsə də Xan Sarayı şadlıq evinin administratorunun bəylə,yəni Toğrul Hüseynovla yaxın qohum olmasını söyləyib.
Hətta özünü bizə təqdim etməyən xanımın zəngindən sonra özlərinin guya Elvin və Turqut olmalarını bildirən şəxslər də redaksiyamıza zəng edib və toyda döyülmədiklərini söyləyiblər.
Ancaq redaksiyamıza daxil olan məlumata görə özlərini Elvin və Turqut adlandıran həmin şəxsləri “Divan” hotelinin rəhbərliyi məcbur edib ki, onlar QAFQAZXEBER.AZ saytı ilə əlaqə saxlayıb 27 avqustda “Xan Sarayı” şadlıq evində keçirilən toy məclisində güya döyülmədiklərini söyləsinlər.
Toyda dava edib “Divan” hotelinin işçilərini döyən Prezident qvardiyasının, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları polkovnik-leytenant Rəşad və komandir Kamranla bağlı xidmətin rəhbərliyinin fikirini də dərc etmək bizim üçün çox önəmlidir.
Araşdırmamız davam edir .