Sumqayıtda dələduz peyda olub. EHTİYATLI OLUN!- ŞOK HADİSƏ

24-01-2018, 11:15           

Son zamanlarda ölkədə dələduzluq hadisələri get-gedə artmağa başlayıb. XəbərAl.az xəbər verir ki, belə hadisələrdən biri də Sumqayıt şəhərində baş vermişdir. Redaksiyamıza daxil olan şikayət əsasında həmin dələduzluq hadisəsi ilə bağlı Sumqayıt şəhərində yollanıb, kiçik bir araşdırma apardıq.


Araşdırmamız nəticəsində məlum oldu ki, Sumqayıt şəhər sakini 1971-ci il təvəllüdlü Quliyev Əhməd Feyruz oğlu indiyədək analoqu olmayan dələduzluq sxemi qurmuş və onu himayədarları olan məmurların köməyilə həyata keçirmişdir. O ayrı-ayrı vaxtlarda şərikli iş qurmaq, əmlak vəd etmək adı ilə bir çox vətəndaşları, o cümlədən Xalidə xanımı aldadaraq onun 317000 AZN, Yasin müəllimi aldadaraq 260000 ABŞ dolları, Elşad müəllimi aldadaraq 10000AZN pulunu ( zərərçəkən şəxslərin adları şərtidir) mənimsəmişdir. Dəhşətli tərəfi orasıdır ki, 2013-cü ildə Yasin müəllimə vəd etdiyi əmlakı sonra Xalidə xanıma vəd edib, daha sonra həmin, sahəsi 825 kv.m olan obyekti Yolçuyeva Fatma Məhəmməd qızı adlı şəxsə 200000AZN pulu aylıq 5% sələm müqabilində aldadaraq problemli şəkildə satıb. Çünki onlar alqı-satqını başa çatdıranda artıq həmin obyekt həbs altında olub. XəbərAl.az xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsi hakimləri tərəfindən Quliyev Əhmədin açıq-aşkar himayə olunması Sumqayıtda hüquq-mühafizə orqanlarının əl-qolunu bağlamaqla yanaşı, həm də onları heyrətə gətirib. Həmin hakimlərdən öz səlahiyyətlərini aşaraq növbəti instansiya məhkəmələrində öz tanışları vasitəsilə Quliyev Əhmədin işini danışıb, düzüb qoşanları da var. Quliyev Əhməd mənimsədiyi pulları “ səxavətlə” bölüşdürdüyündən himayədarlar həvəslə tapılır. Bunun nəticəsində Quliyev Əhməd özgə pulları ilə tikdirdiyi Sumqayıt şəhər Heydər Əliyev prospekti 23 ünvanında yerləşən 4 mərtəbəli təxminən 1400 kv.m sahəsi olan obyekti yeni-yeni qurbanlarına göstərib özünü iş adamı kimi təqdim edir və onları aldadaraq pullarını mənimsəyir. Onun mənimsədiyi pullar banklarla birlikdə 1500.000 AZN-i, qurbanlarının sayı isə 14-ü ötür. Onun payladığı rüşvətlər 260 000 AZN-dən çoxdur.

XəbərAl.az-ın araşdırmasında hətta o da məlum oldu ki, Quliyev Əhməd adam aldatmaqda çox mahir usta olduğundan borc aldıqları adamları yoldan çıxarıb, onların çoxunu şikayət etməkdən çəkindirir. Yasin müəllim, Xalidə xanım, Elşad müəllim isə 3 ildən artıqdır ki, ölkə prezidentindən, Daxili İşlər Nazirliyindən, Baş Prokurorluqdan başlayaraq, bütün aidiyyatı orqanlara şikayət etsələr də, tədbir görülmür, Quliyev Əhməd Konstitusiyanın bütün maddələrini bir-bir satın alır. Hal-hazırda ona qarşı bir neçə məhkəmə işi, cinayət işi açılsa da bütün məhkəmələrdə hətta Ağır Cinayətlər Məhkəməsində də onun bəraət alınması məsələsi qiymət edilib, danışılıb.

Ölkə Prezident cənab İlham Əliyevin əcnəbi və yerli işadamlarını Azərbaycana sərmayə yatırmağa dəvət etdiyi bir vaxtda Sumqayıtın ən mərkəz küçəsində yatırım edənlərin belə kütləvi şəkildə aldadılması və onun hansısa məmurlar tərəfindən himayə edilməsi ikiqat, üçqat cinayətdir. Ölkə Prezidentimizə, müqəddəs qanunlarımıza xəyanətdən başqa bir şey deyil. Ulu Öndərin məhşur bir kəlamı var : “ Cinayətkar azadlıqda, günahsız həbsdə qalsa, dövlət sarsılar “

Quliyev Əhməd əlində olan dövlət sənədləri ilə “ mən dələduzam” desə də, hər yerdə onun başını və cibini sığallayıb buraxırlar. O hər dəfə borcunu istəməyə gələnlərə qarşı düzəltdiyi hay-küy, vay-şüvən dəstəsini irəli verib yola salır.

Araşdırmamız davam edir. Ümid edirik ki, redaksiyamıza ünvanlanan bu şikayətə və araşdırmamıza aidiyyatı qurumlar tərəfindən gözlənilən cavab veriləcəkdir. Qarşı tərəfi dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.