Dövlət Gömrük Komitəsinin rəhbərliyi dəyişdiriləcək - Seçkilərdən sonra nələr baş verəcək?

21-02-2018, 12:15           
Dövlət Gömrük Komitəsinin rəhbərliyi dəyişdiriləcək - Seçkilərdən sonra nələr baş verəcək?
Prezident seçkilərindən az sonra dəyişikliyə məruz qalacaq qurumlardan biri, bəlkə də birincisi Dövlət Gömrük Komitəsi olacaq. Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər verib. Qaynağın iddiasına görə, bir müddət əvvəl ümumiyyətlə, ləğv olunaraq Vergilər Nazirliyinin bir departamentinə çevriləcəyi deyilən DGK-nın müstəqil qurum kimi fəaliyyəti məsələsi qətiləşib:

"Artıq bu məsələ bitib. Amma DGK-nın rəhbərliyi mütləq dəyişəcək və ilk olaraq Aydın Əliyevdən başlayacaq bu islahat, ahzırki DGK sədrinin müavinlərinin hamısının yeniləri ilə əvəzlənməsilə müşaiyət olunacaq".

Mənbə iddia edir ki, paralel olaraq DGK-nin iş sisteminə də əl gəzdiriləcək: "Təxminən Vergilər Nazirliyində cərəyan edən proseslərin DGK-də həyata keçiriləcəyi heç şübhəsizdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru